Şəhidlər Xiyabanında biabırçılıq, yoxsa diqqətsizlik?- Fotolar
22-08-2014, 13:40
Oxunub: 4 285
Bu gün "Faceook" sosial şəbəkəsində İlham və Fərizənin Şəhidlər Xiyabanında olan məzarlarının üzərində natəmizlik olan fotosu yayılıb
Ftonu Əşrəf Həşimov adlı istifadəçi yayıb. Onun yazdığına görə, dünən Şəhidlər Xiyabanında biabırçı hadisənin şahidi olub.O, İlham və Fərizənin qəbirlərinin üzərində natəmizlik görüb. Əvvəl məzarın boyandığını düşünüb. Ancaq baş daşına yaxınlaşanda həmin şeyin boya yox, nəcis olduğunu görüb.
Daha sonra həmin şəxs fotonu silib. Məlumat yayıldıqdan dərhal sonra "Qafqazinfo"nun əməkdaşı Şəhidlər Xiyabanına yollanıb. Əməkdaşımızın lentə aldığı fotolardan görünür ki, məzarın üzərinin təmizləndiyi əks olunub.
***
“Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir.Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”.
Bunu BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.
S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər