Arıqlamaq istəyənlərə şad xəbər
24-08-2014, 10:30
Oxunub: 3 740
Alimlərin sözlərinə görə, badam xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır
ABŞ-ın Perdu Universitetinin professoru Riçard Meyts maraqlı təcrübə ararıbBadam arıqlamaq istəyənlər üçün ən yaxşı seçimdir
Artıq çəkidən xilas olmağa çalışan adamların badama diqqət yetirmələrinə dəyər.
Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü iştahanı boğa bilir. Badam aşağı qlikemik indeksə malikdir. Bu indeks həmin məhsuldan istifadə olunduqda qanda şəkərin miqdarının sürətlə artmasının göstəricisidir.
Badam şəkərin və insulinin sabit və yavaş artımını təmin edir ki, bu da insanda uzunmüddətli doymaq hissinə zəmanət verir. Deməli, badam insanı həddindən artıq qidalanmadan xilas edə bilər.
Alimlərin sözlərinə görə, badam xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.
ABŞ-ın Perdu Universitetinin professoru Riçard Meytsin apardığı təcrübə sübut edib ki, səhərlər badam yeyən adamlar daha çox tox qalır, onların qanında şəkərin miqdarı səhər yeməyi və naharda aşağı qlikemik indeksə malik məhsullardan istifadə edənlərə nisbətən az olur.
Badam orqanizmi aldatmağa kömək edir və nəticədə insan orqanizmi doymaq üçün daha kiçik həcmdə qida tələb edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər