BolgeXeber.Com » Gündəm » İcra başçısı şəhid bulağının yerini satıb-İDDİA

İcra başçısı şəhid bulağının yerini satıb-İDDİA

26-08-2014, 12:10
Oxunub: 2 872 Ən acınacaqlısı odur ki. Xaləddin İsgəndərov gəlir əldə etmək qarşılığında şəhid bulağını sökdürərək yerində dükan tikdirməyə icazə verir

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti dövründə verdiyi qərarların ciddi narazılıq yaratdığı barədə məlumat vermişdirk.İcra başçısının rayonun ərazisindəki küçə və xiyabanların iş adamlarına satılması, hətta səkilərdə belə obyektlərin tikilməsi ilə bağlı qərarları narazılığı pik həddə çatırıb. Ancaq X.İsgəndərovun yer satmaq istəyi onun müqəddəs dəyərlərimizə sayğısız yanaşmasına rəvac verib.

Bir müddət öncə əməkdaşlarımız Binəqədi rayonu ərazisində araşdırma apardığı zaman bəzi maraqlı məqamı fortoaparatın yaddaşına köçürmüşdülər. Araşdırma zamanı aydın olmuşdu ki, X.İsgəndərov Atatürk prospektində yolun kəsişməsində tikintiyə icazə verib. Amma hazırda orda hansı işlərin görüldüyü bilinmir, çünki həmin ərazi çadırla örtülüb.

Bu barədə Mia.az-a məlumat verən Binəqədi sakinlərindən biri deyib ki, hazırda çadırla örtülən ərazidə şəhid bulağı olub. Lakin həmin yer gözəgəlimli və bahalı olduğundan bulaq sökülüb yeri isə bir iş adamına satılıb. Amma məsələnin mahiyyəti aydın olandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov orda hər hansı bir obyektin tikilməsi üçün gərəkən sənədə imza atmayıb. Ona görə də həmin yer neçə vaxtdır ki, çadırla örtülüb. Ən acınacaqlısı odur ki. Xaləddin İsgəndərov gəlir əldə etmək qarşılığında şəhid bulağını sökdürərək yerində dükan tikdirməyə icazə verir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Fotoları təqdim edirik.