BolgeXeber.Com » Gündəm » Şəki və Gəncədə almanların 50 milyon dolları hara yoxa çıxıb?

Şəki və Gəncədə almanların 50 milyon dolları hara yoxa çıxıb?

26-08-2014, 16:15
Oxunub: 3 159 Hər iki şəhərin su təhcizatı üçün ayrılmış pulun aqibəti məlum deyil, keçmiş icra başçısı isə alman müfəttişi pulla satın almağı belə bacarıb

Azərbaycanda istər büdcə, istərsə də qrant şəklində yerli dövlət qurumlarına verilmiş pulların aqibəti adətən qaranlıq olaraq qalır. JAM.AZ xəbər verir ki, həmin pullardan bir qisminin ayrı-ayrı məmurlar tərəfindən mənimsənildiyi isə sir deyil. Bu əsnada redaksiyamızın elektron ünvanına daxil olmuş olduqca maraqlı bir məlumatda isə Almaniya hökumətinin Şəki və Gəncəyə ayırdığı milyonlarla vəsaitdən bəhs edilir. Verilən məlumatda deyilir ki, hadisə 2008-ci ildə baş verib. Belə ki, həmin il Almaniya hökuməyi Gəncə və Şəki şəhərlərinin içməli su təhcizatının yenidən qurulması üçün 50 milyon dollar pul ayırıb.

Məlumatda deyilir ki, həmin pulun 32 milyon dolları Gəncə şəhəri, 18 milyon dolları isə Şəki şəhəri üçün nəzərdə tutulubmuş. Həmin dönəmlərdə Şəkiyə rəhbərlik edən Nazim İbrahimov isə bu pulun başına elə daş salır ki, bu günə qədər nəyin necə olduğunu aydınlaşdırmaq mümkün deyil.

Məlumata görə, həmin pulun müqabilində Şəkidə şəhərin yuxarı hissəsində əhaliyə təmiz su verilməsi üçün su filtirləri və hovuzlar quraşdırılmalıydı. Lakin indiyə qədər nə hovuzu, nə də filtirləri görən olub. Şəkililərə verilən suyun bulanıqlığı isə göz çıxarır.

JAM.AZ-a verilən məlumatda qeyd olunur ki, icra başçısı Nazim İbrahimov həmin vaxt özünün “tenderçi” şirkətlərini qabağa verərək, mənimsəmə işini həyata keçirib. Kağız üzərində bütün işləri görən icra başçısı bununla işlərini yekunlaşdırmağı bacarır. Amma işin daha bir ilginc tərəfi var.

Belə ki, Almaniyadan görülən işlərlə tanış olmaq və xərclənən pulların hansı səviyyədə sərf olunduğunu bilmək üçün təftiş edən qadın müfəttiş də aldadılır. Daha doğrusu, alman qadını belə yoldan çıxarmağı bacaran icra başçısı onu pulla şirnikləndirib, bununla da hər şeyi ört-basdır edə bilir. Şəki isə hələ də susuz qalıb.

Bu əsnada, Gəncə şəhərinə ayrılmış 32 milyon dolların aqibəti də müəmmalı olara qalır. Bununla bağlı araşdırmamız davam edir.
Bolgexeber.com