Azərbaycanda yeni komitə yaradıldı
26-08-2014, 16:20
Oxunub: 3 485
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
SMPDK-nin mətbuat xidmətindən verilən məlumata görə, “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq metrologiya sahəsi ilə bağlı milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanmasıdır.Texniki Komitəyə ümumilikdə metrologiya sahəsi üzrə çalışan 22 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilib.
Qeyd edək ki, metrologiya sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər