Tərtərin Evoğlu kəndində səyyar görüş keçirilmişdir
26-08-2014, 17:25
Oxunub: 3 139
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun Evoğlu kəndində növbəti səyyar qəbul-görüş keçirmişdir
Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Tədbirdə iştirak edən kənd sakinlərindən kənd ağsaqqalı Eldəniz Əliyev, Teyyub Kərimov, Nübar Kərimova, Qurban Səfərəliyev, Şamama Hüseynova, Etibar Məhərrəmov, İsrail Hacıyev, Yaqub Cavadov, Təvəkkül Məhərrəmov, Mobil Əliyev, Starə Qurbanova, Qabil Bayramov, Cabbar Məhəmmədov, Xasay Sadıqov və digərləri çıxış edərək rayonda və kəndlərində aparılan abadlıq-quruculuq işlərindən danışmaqla yanaşı, kənddə qazın çəkilməsi, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyularının qazılması, köhnəlimiş işıq dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsi, kənd yoluna asfalt örtüyün salınması və digər sakinləri narahat edən məsələlər barədə də təkliflər irəli sürdülər.
Səyyar görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər