Rus əsgərləri Mariupol şəhərinin 20 kilometrliyində cəmləşib
29-08-2014, 09:35
Oxunub: 3 536
Rusiya tankları Ukraynanın Mariupol şəhərinə yaxınlaşıb
Bu barədə Ukrayna mətbuatı yazır.60-a yaxın Rusiya tankının Mariupol şəhəri yaxınlığında yerləşdirildiyi bildirilir. Tankların üzərində "Novorossii" sözü yazılıb. Hazırda Rusiya hərbi birləşmələrinin Novoazovsk şəhərindən Mariupola doğru irəlilədiyi bildirilir. Onlar Bezımyannoe kəndində Ukrayna ordusunun mövqelərini minomyotlarla atəşə tutub.Ukrayna mətbuatı yazır ki, kəşfiyyat məlumatlarına görə, Rusiya əsgərlərinin əksəriyyəti Mariupol şəhərinin 20 kilometrliyində cəmləşib."Bizim Rusiya tanklarına qarşı silahımız yoxdur. Mühasirəyə düşmüşük", deyə Ukrayna əsgərləri bildirir.Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin separatçılara səslənərək bildirib ki, mühasirəyə düşən Ukrayna əsgərlərinə humanitar yardım üçün dəhliz yaradılsın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər