BolgeXeber.Com » Gündəm » “Dondurma bazarında təhlükəli vəziyyət hökm sürür” -Ekspert həyəcan təbili çaldı
“Dondurma bazarında təhlükəli vəziyyət hökm sürür” -Ekspert həyəcan təbili çaldı
29-08-2014, 09:35
Oxunub: 4 095
Yayın bu isti, nəfəskəsən vaxtında çoxlarımız sərinlənmək üçün soyuq sulardan, dondurmadan istifadə edir, bu yolla yayın boğanağını canımızdan çıxarmağa çalışırıq.
Bəs görəsən gündəlik qida rasionumuza daxil etdiyimiz dondurma bizə nə verir? Qısa müddətə rahatlıq tapdığımız dondurma sağlamlığımıza hər hansı təhlükə törədirmi?
Editor.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bəzən dondurmalar aylarla saxlanılır ki, bu da insan sağlamlığı üçün təhlükəlidir: “Digər sahələrdə olduğu kimi, dondurma bazarında da təhlükəli vəziyyət hökm sürür. Dondurma istehsalı ilə məşğul olan şirkətlərin əksəriyyəti müvafiq normalara riayət etmir. Onlar yayın gəlişini fürsət bilərək, daha artıq pul qazanmağa çalışır ki, bu zaman istehlakçı ümumiyyətlə yada düşmür. Bəzən kərə yağlarına vaxtı keçmiş bitki yağı qarışdırılır ki, bu da insan orqanizmi üçün olduqca təhlükəlidir. Bir də görürüsən aldığın dondurma acı dad verir. Bu birbaşa onun göstəricisidir ki, həmin dondurmaya marqarin qatılıb. Bu baxımdan istehlakçılar dondurma alarkən ehtiyatlı olmalı, məhsulun keyfiyyətinə əmin olduqdan sonra dondurma məhsullarını almalıdırlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər