BolgeXeber.Com » Gündəm » Akif İsmayılov Azad Rəhimova qarşı

Akif İsmayılov Azad Rəhimova qarşı

29-08-2014, 16:05
Oxunub: 3 549 Tofiq Bəhramov adına Respublika stadionunda vəziyyət ürəkaçan deyil

Dünən "Neftçi"nin "Partizan"la oyununda durumun nə qədər ürəkağrıdıcı olduğu üzə çıxdı. Hətta "Neftçi"nin bərbad ot örtüyünə qurban getdiyinə də deyə bilərik

Bəs kimdi bunun günahkarı? Təbii ki, arenanın direktoru Akif İsmayılov.

Bir neçə gün əvvəl stadionun ot örtüyünə cavabdeh olan bolqar Boris Kolevi işdən qovan stadion rəhbəri bununla özünü sığortalamağa çalışsa da, mümkün olmadı. Artıq hər kəs İsmayılovun hər şeyə görə yeganə günahkar olduğunu yaxşı bilir.

Respublika stadionun ot örtüyü bir müddət əvvəl dəyişdirilmişdi. Bəs bu qədər qısa zamanda arenanın yenidən pis hala düşməsinin səbəbi nədi?

Birinci səbəb odu ki, qazon qumun üzərinə əkilib. Bu da qısa müddətdə otun sıradan çıxması ilə nəticələnir. Təbii ki, stadion rəhbərliyi bu işi görəndə bilirdi ki, qumun üzərinə ot bir neçə aydan artıq davam gətirə bilməyəcək. Sadəcə bu onlara sərf etdiyindən belə bir addım atıblar.

İkinci səbəb qazonun qəsdən bərbad hala salınmasıdı. Çünki Akif İsmayılov bu yolla yaxşıca pul qazanır. Belə ki, mərkəzi arena Gənclər və İdman Nazirliyinin balansındadı. Nazirlik ölkənin birnömrəli stadionun bütün maliyyə xərclərini çəkir. İsmayılov tez-tez qazonu sıradan çıxarmaqla nazirlikdən əlavə büdcənin ayrılmasını təmin edir. Bu pullarla isə cibini doldurur.

İsmayılov bir neçə ildi təbii otun süni qazonla dəyişdiriləsinə çalışır. "Süni örtük mafiyası" ilə əlbir olan stadion rəhbəri qazonu sıradan çıxarmaqla Gənclər və İdman Nazirliyini razı salmağa çalışır. Təbii ki, bunun qarşılığında da müəyyən qədər "şirinlik" əldə edəcək.

Stadion direktoru bu yolla həm də gənclər və idman naziri Azad Rəhimova qarşı çıxır. Məlum olduğu kimi 10 aydan sonra Bakıda I Avropa oyunları keçiriləcək. Bu yarışın təşkilinə birbaşa cavabdeh isə Azad Rəhimovdu. Avropa oyunları zamanı ortaya çıxacaq hər hansı problem təbii ki, nazir üçün xoşagələn hal olmayacaq. Üçtəlik avrokubok oyunlarının bərbad meydanda keçirilməsi də dövlət rəhbərliyi yanında Azad Rəhimova başucalığı gətirmir.

Bütün bunları nazir özü də çox yaxşı bilir. Hətta bir neçə dəfə stadion direktorunu işdən çıxartmaq da istəyib. Amma İsmayılov müəyyən adamları araya salaraq nazirin qərarını dəyişməsinə səbəb ola bilib. Bu dəfə isə "bıçaq sümüyə dirənib". Artıq Azad Rəhimov İsmayılovu bağışlamaq niyyətində deyil. Sadəcə, I Avropa oyunları yaxınlaşdığı bir vaxtda yarışların keçiriləcəyi stadionlardan birinin rəhbərini işdən azad etmək gələcəkdə müəyyən problemlər yarada bilər deyə gözləmək qərarına gəlib. Amma yarış başa çatan kimi İsmayılov vəzifəsindən azad olunacaq.(piasport.az)