Bu günə olan astroloji proqnoz
1-09-2014, 08:40
Oxunub: 2 766
QOÇ - O qədər də uğurlu gün deyil
Daxili sıxıntılarınız, səhhətinizlə bağlı problemlər, eləcə də mövcud şəraitdən narazılığınız əhvalınızı aşağı sala bilər. Yalnız qazanmaq şansınız var.
BUĞA - Ulduzlar bütün səlahiyyəti öz əlinizə verəcək. Odur ki, hər bir məsələdə obyektiv qərarlar qəbul etməlisiniz. Ətrafınızda olanlarla xoş davranın. Pulla bağlı diqqətli olun.
ƏKİZLƏR - İlk öncə ailə-sevgi münasibətlərini yaxşılaşdırın ki, gərginliyiniz azalsın. Günün ikinci yarısında sürprizlər mümkündür. Şəxsi büdcənizi artırmaq ehtimalınız da var. Yaxın səfərə çıxmağa dəyər.
XƏRÇƏNG - Kifayət qədər gərgin gün olduğundan tədbirli və ehtiyatlı olmağı unutmayın. Özünüzü istənilən təzyiq və təxribatdan qoruyun. Nəqliyyatda isə xüsusilə diqqətli olmalısınız.
ŞİR - Hansısa qanqaraldan hadisə gözlənilmir. Şübhə ilə yanaşdığınız adamları isə ittiham etməyə tələsməyin. Sizə hadisələri dərindən analiz etmək lazımdır. Nahar ərəfəsində təklif ala bilərsiniz.
QIZ - Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvim sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın ki, əsas vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edəsiniz.
TƏRƏZİ - Təzə ayın bu ilk günündə ulduzlar sizə daha çox istirahət vəd edir. Maraqlı sürprizlər, qonaqlıqlar yolunuzu gözləyir. Nahardan sonrakı saatlarda ovqatınızı yüksəldən insanlarla rastlaşacaqsınız.
ƏQRƏB - Hiss olunur ki, hansısa məsələyə görə tərəddüd içində qalmısınız. Əgər özünüz qərar çıxara bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ayın bürcünüzdə olduğunu da unutmayın.
OXATAN - Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün uzaq səfərə çıxmağınız məsləhət deyil. Vaxtınızı ailənizlə və ya müştərək fəaliyyət göstərdiyiniz dostlarınızla birlikdə keçirin.
OĞLAQ - Məhəbbət və pul. Göy qübbəsi bu gün sizə məhz bu iki sahədə uğurlar bəxş edəcək. Deməli, büdcənizi ağırlaşdırıb sevdiyiniz adamla maraqlı bir təqvim yarada biləcəksiniz. Hər halda, uğurlar!
SUTÖKƏN - Düşünülməmiş risklərdən uzaq olsanız, ulduzlar sizi incitməyəcək, əksinə, günün sonuna qədər ovqatınızın xoş olması üçün canfəşanlıq göstərəcək. Axşam təzə xəbərlər də gözlənilir.
BALIQLAR - Dünənki ovqatınız bu gün də davam edəcək. Ətrafınızda hər şey gözəl olacaq. Hətta maddi durumunuz imkan versə, səfər də etmək olar. Şəxsi işlərinizdə isə dönüş gözlənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər