İpoteka kreditlərindən kimlər yararlanır?
3-09-2014, 10:00
Oxunub: 2 739
Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alan hər 10 nəfərdən 8-i dövlət sektorunda, neft-qaz şirkətlərində və bank sahəsində çalışanlardır
Bolgexeber.com xəbər verir ki, bu barədə Azərbaycan İpoteka Fondundan (AİF) bildirilib. Belə ki, fondun məlumatına görə, indiyədək ipoteka krediti götürən borcalanların 38,9%-i dövlət xidmətində, 16,2%-i neft-qaz sektorunda, 22,1%-i bank sektorunda və yalnız 22,7%-i digər özəl sektorlarda çalışanlardır.
Bundan başqa, ipoteka krediti alan hər 10 nəfərdən 9-nun aylıq gəliri 500 manatdan artıqdır. Belə ki, ipoteka krediti alanların 18,8%-nin aylıq gəliri 500-700 manat, 21,7%-nin aylıq gəliri 700-900 manat, 16,6%-nin aylıq gəliri 900-1100 manat arasında, 35,9%-nin aylıq gəliri isə 1100 manatdan çoxdur. Fondun məlumatlarına görə, borcalanların cəmi 7%-i aylıq gəliri 500 manat qədər olanlardır. Dövlət xətti ilə ipoteka götüənlər arasında aylıq gəlir 300 manatdan az olanlar da var. Belələri cəmi 1%-dir.
İpoteka krediti götürənlərin ailə vəziyyətinə gəlincə, gözlənildiyi kimi, əksəriyyət evlilərdir. Fondun məlumatına görə, borcalanların 67,3%-i evlilər, 32,7%-i subaylardır. Digər tərəfdən, kredit alanların 82%-i kişilər, cəmi 18%-i qadınlardır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər