BolgeXeber.Com » Gündəm » Ağsunu talayanlar

Ağsunu talayanlar

3-09-2014, 10:40
Oxunub: 3 709 "Mənim sədr olduğum üçün haqqım var ki, 300 minlik avtomobil sürüm"

Bir qrup Ağsu şəhər sakinləri rayonlarında baş alıb gedən özbaşınalıqlardan şıkayət etmişlər.Şikayətdə bildirirlər ki, rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev, Ağsu şəhər Bələdiyyəsinin sədri Aqil Niftəliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, rayonu talayırlar. Şikayətçilərin faktlarını olduğu kimi sizə təqdim edirik. Ağsu şəhər Bələdiyyəsinin sədri Aqil Niftəliyev, Ağsu şəhəri və ona bitişik Qaraməmmədli, Pirhəsənli, Ülgüclü və Navahı kəndləri ilə birlikdə 500 hektardan çox torpaqları zəbt edib. Sovetlər Birliyindən qalan bütün iaşə və ticarət obyektlərinin Köhnə Avtovağzalı, Ovçular binasını, Xalçaçılıq binasını və sairə. Avtobazada bu adamın avtomobil hissələri mağazası, setka sexi, avto yuma, təmir, çayçı və sairə obyektləri fəaliyyət göstərir. Kəndoba kəndində 200 hektar sahə və 2 balıq gölü var, və möhtəşəm malikanəsi var. Bələdiyyə sədri bununla kifayətlənmir. O, Çaxır Zavodunu da zəbt etmiş, əlavə torpaq sahələrini də ora qataraq, 1 milyon yarım manat dəyərində, respublikada bəlkə də analoqu olmayan "Tural Plaza"-nı tikdirmişdir. Ağsu şəhərində köhnə İcra Hakimiyyətinin binasının yanında çayxana açmış, həmçinin Pirhəsənli yoluna gedən yolun sağ tərəfində 50 sot Avtobaza ilə üzbə-üz ərazini zəbt etmiş, bacısının qaynı olan Arzu Əliyevə vermişdir. Qohum-əqrabalarına dövlət rüsumu ilə hektarlarla sahələr ayırmış və bu saat da onlar həmin torpaqları, bazar qiyməti ilə satırlar. Bələdiyyə sədri 45 min manatlıq avtomobil sürür və detir ki, mənim sədr olduğum üçün haqqım var ki, 300 minlik avtomobil sürüm. Ona deyəndə ki, bəs cənab prezident korrupsiya ilə mübarizə aparır, vaxt olar ki, sənin də əməllərini yoxlayarlar. Onda sədr " korrupsiya ilə mübarizə kompaniya dir, tezliklə başa çatacaq" deyir. Bu "böyük" işləri həyata keçirməkdə ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov yaxındn köməklik edir. Çünki, Aqilin bacısının əri Ağakişi Əliyev onun birinci müavinidir və onun Aqil Niftəliyevin bələdiyyə sədri seçilməsində xüsusi xidməti olmuşdur. Qərib Məmmədovun müavini Ağakişi Əliyev, öz qardaşı çayçı Atakişi Əliyevi Ağsu ZAQS-na müdir təyin elətdirmişdir. Baxmayaraq ki, Atakişi Əliyevin diplomu Təhsil Nazirliyində tanınmır. Ağakişi Əliyev Ağsu şəhərindəki mehmanxananı, mal bazarını və ətrafındakı torpaqları da zəbt eleyib. Aqil Niftəliyevin bacısının qaynı Atakişi Əliyev Navahı yolunun üstündə 220 metr uzunluğunda böyük bir obyekt inşa etdirir. Həmin yer əvvələr çökəklik olduğundan ora minlərlə maşın torpaq gətirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Ağsu rayonunun Rəhimağalı kəndində 200 hektar sahədə üzüm əkdirmişdir. Atakişi Əliyev, Arzu Əliyev Qərib Məmmədovun himayəsi altında həm də rayon Torpaq Şöbəsində kadastr və xəritəçəkmədə işləyirlər. Burada da 500 manatdan, 5000 manatadək dəyişir.
Ağsu şəhərində sosial iqtisadiyyata (kanalizasiya və su çəkilişinə)ayrılmış 60 milyon manat vəsait, ancaq şəhərin dağılması, viranə qqalmasına sərf olunur. 100-lərlə kasıb sakinlərin evləri çatlayaraq, qəzalı vəziyyətə düşmüşdür. Şəhərdə yol kənarındakı barılar pul silmək xatirinə 3 dəfə dəyişdirilmişdir. Kanalizasiya quyuları mühəndis layihəsinə uyğun qurulmamış, ora gətirilən qum yaxıliqdakı Qiyaslı kəndindən gətirilmişdir. Ağsu şəhərində içməli su üçün nəzərdə tutulmuş layihəyə əsasən oradan, 800.000 manat dəyərində boru pulu mənimsənilmişdir. Ağsu rayonunun 16 kəndində melorasiya boruları 2 metr torpaq altından çıxarılaraq, metallom kimi satılmış, həmin kəndlər şor sular altında qalmışdır. Aqil Niftəliyevin Çuxur Yurdda torpaqları, mənzilləri vardır. Ağsudakı evi isə əsl şah sarayıdır. Bakıdakı mənzillərinin isə sayını bilmirlər. Bakıdakı Zərifə Əliyeva adina Göz Klinikasına gedən yolda 17 mərtəbəli bina inşa olunur. Burada da Ənvər Seyidəliyevlə Aqil Niftəliyev şərikdirlər.
Sonda sakinlər bizdən xahiş edirlər ki, bu faktları qəzetimizdə işıqlandıraq ki, adı çəkilən məmurların qarşısı alınsın. Yoxsa onlar Ağsunu tamam məhv edəcəklər və əhalini cənab prezidentə qarşı qaldıracaqlar. Ardi var....

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

arazmedia.az