Tərtərin Qazyan kəndində səyyar-görüş görüş keçirilib
3-09-2014, 11:45
Oxunub: 4 292
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təmas xəttinə yaxın yerləşən Qazyan kəndində növbəti səyyar qəbul-görüş keçirmişdir
Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri və kənd sakinləri iştirak etmişlər. Əvvəlcə Qapanlı kənd İƏD-si üzrə nümayəndə Azər Cabbarov, Qapanlı bələdiyyəsinin sədri Suliddin Ələkbərov çıxış edərək rayon icra hakimiyyəti başçısını salamlamış, kəndin sosial-iqtisadi inkişafı və mövcud problemlər haqqında məlumat vermişlər. Kənd sakinlərindən Əfşan Surxaylı, Fatma İsmayılova, Yaqub Balakişiyev, Əbülfət Cümşüdov, Fizuli Əliyev, Tuğay Nuruyev, Etibar Həbibov, Əhliman Nəzərov, Anar Rəhimov, Afiq Əhmədov və digərləri çıxış edərək bildirmişlər ki, təmas xəttinə yaxın yerləşən Qaynaq, Qapanlı, Qazyan kəndlərində 10 km uzunluğunda yollarının təmir edilməsi, yeni subartezian quyularının qazılması, küçələrə 1 km uzunluğunda müasir gecə işıqlanma sistemlərinin quraşdırılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir. Problemlərdən də danışan kənd sakinləri əsasən köhnəlmiş elektirik naqillərinin və dirəklərinin yenisi ilə əvəz olunması, kəndin yoluna asfalt örtüyün salınması, suya olan təlabatın tam ödənilməsi üçün yeni subartezian quyularının qazılması, Qazyan kənd tam orta məktəbi və körpələr evi uşaq bağçası üçün yeni binaların tikilməsi və digər məsələlərlə bağlı təkliflər irəli sürmüşlər.
Səyyar görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər