BolgeXeber.Com » Gündəm » “Baku Electronics” MMC-nin analoqu olmayan “xidməti”

“Baku Electronics” MMC-nin analoqu olmayan “xidməti”

5-09-2014, 10:35
Oxunub: 6 216 Jurnalist “Samsung S-4 mini” almaq istərkən aldadılıb

Tanınmış jurnalist İlkin Əhmədov “Baku Electronics” MMC –yə facebook vasitəsilə müraciət ünvanlayıb. Həmkarımız MMC-nin xidmət mərkəzində aldadıldığını bildirib. Müraciətdə deyilir: “Ötən ayın ikinci yarısı şirkətinizin 143 məlumat mərkəzinə zəng edib, telefonla mobil telefon sifariş verdim. Sifariş qeydə alındı, bildirildi ki, kredit mütəxəssisi mənimlə uzağı növbəti gün əlaqə saxlayacaq, lakin bəy mənə 5 gün sonra zəng etdi. Hadisələri qabaqlayıb deyim ki, artıq bu vaxt mən telefonu almışdım. Gördüm kredit mütəxəssisindən xəbər çıxmadı, dedim şeytana lənət və yenidən əlaqə saxladım 143 məlumat mərkəzi ilə. Dedim, özüm yaxınlaşıb götürərəm telefonu, sadəcə, siz mənə izah edin ki, “Samsung S-4 mini”ni almaq üçün ilkin ödəniş lazımdırmı, lazımdırsa nə qədərdir və s. Cavab aldım ki, ilkin odənişsiz də ala bilərsiniz, sadəcə kassaya öncədən 9 AZN ödəmək lazımdır. Bu belə... 21.08.2014 tarixində yaxınlaşdım Azadlıq prospektində yerləşən mağazanıza. “Samsung S-4 mini”ni istəyəndə dedilər ki, 40-50 AZN-ə yaxın ilkin ödəniş olunmalıdır. Həmin an üstümdə pul az idi, tanışım olan satıcınız mənə bildirdi ki, “LG G-2 MİNİ” al, ilkin ödənişsizdir və əla telefondur, çox sürətlidir. İndiyə qədər dəfələrlə sizin mağazadan həmin xanımın məsləhəti ilə telefon almışam və (sağ olsun) hələlik problem çıxmayıb. Telefonu rəsmiləşdirərkən dəfələrlə soruşdum ki, İMEİ kod qeydiyyata alınıb??? Dedilər ki, arxayın ol, heç bir problem yoxdur. Səhəri gün mənə SMS gəldi ki, gəlin İMEİ kodu qeydiyyata alın. Zəng etdim 143-ə, dərdimi dedim. Cavabında bildirdilər ki, telefonla qeydiyyata almışıq, məsələ həll olundu. Lakin Rabitə Nazirliyi ilə əlaqə saxladım və mənə dedilər ki, yalnız bir imei kod qeydə alınıb. Sual: belə biabırçı xidmət olar? Özü də məndə GOLD CARD var, amma nə fayda! Xahiş edirəm ki, buna bir reaksiya verəsiniz”.
Qeyd edək ki, bir neçə gün əvvəl saytımızda “Samsung” telefonlarının satışında mövcud olan özbaşınalıqlarla bağlı yazı yazmışdıq. Görünür, idarəetmədə ictimaiyyətə məlum olmayan hansısa dəyişikliklər baş verib ki, nətəcidə xidmətin keyfiyyəti də azalıb.
Onu da bildirək ki, belə hallarla bağlı xeyli faktlar məlumdur, dəqiqləşdirmə apardıqdan sonra yazacağıq. Bir şeyi də təəssüflə qeyd etməliyik ki, adıçəkilən MMC-nin ictimaiyyətlə əlaqələri yox dərəcəsindədir. Hər halda, tia.az olaraq bir neçə dəfə şikayətlərlə bağlı araşdırma aparmaq istəsək də, qarşı tərəfdən suallarımızı cavablandıracaq adam tapmamışıq.