Azərbaycanda mollaları 2 min manat cərimə gözləyir
5-09-2014, 11:40
Oxunub: 2 933
Hüzr sahibi də birmənalı olaraq yasın mollasız keçməməsi üçün “dəb”i bir kənara qoymağa məcbur olur
Azərbaycanda yas mərasimlərinin təmtəraqla keçirilməsi son illər dəb halını alıb. Nəticədə dünyasını dəyişənin yasını tutmaq bir tərəfdə qalır, ölü yiyəsi 3, 7, 40 mərasimlərini necə verəcəyinin dərdini çəkir.Əksər hallarda ölü sahibi “qonşudan geri qalma” prinsipi ilə hərəkət edərək borca düşür. Bu isə olur ikitərəfli yas... Məsələ ciddi problemə çevrildiyindən bir neçə müddətdir ki, cəmiyyətdə müzakirə mövzusu olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələyə son kəskin reaksiyasından sonra ayrı-ayrı dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, səlahiyyətli şəxslər fakta etinasız yanaşmırlar.
Bütün bunları nəzərə alan Qafqaz Müsəlmanları İdarəsinin yas mərasimlərində baş verən israfçılığın qarşısını almaq üçün verdiyi bəyanat öz səmərəsini verməyə başlayıb.
Artıq ölkənin ayrı-ayrı bölgələrində qaldırılan məsələnin həlli üçün konkret addımlar atılır.
Ötən gün Qarabağ bölgəsində bir neçə rayonda olan modern.az əməkdaşının apardığı müşahidələr belə deməyə əsas verir.
Məlum olub ki, yas mərasimlərində iştirak edən mollalara ciddi xəbərdarlıq edilərək bildirilib ki, süfrədə müəyyən olunmuş təamlaradan əlavə yeməklər verilərsə, mollalar həmin mərasimlərə qatılmaqdan imtina etsinlər. Bunun əksini edənləri isə nə az, nə çox, düz 2 min manat məbləğində cərimə gözləyir.
Məsələdən hali olan din xadimləri cəriməyə düşməmək üçün qoyulan qaydalara ciddi riayət etdiklərini söyləyiblər. Beləcə hüzr sahibi də birmənalı olaraq yasın mollasız keçməməsi üçün “dəb”i bir kənara qoymağa məcbur olur.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyələr verib.
Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində təmtəraqlı toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətdə öz əksini tapmışdı. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinə olduğunu və bu istiqamətdə atılan addımları dəstəklədiyini bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər