BolgeXeber.Com » Gündəm » Zakir Qaralov Zaqatalaya gedir

Zakir Qaralov Zaqatalaya gedir

5-09-2014, 17:30
Oxunub: 2 080 Baş prokuror Zakir Qaralov zaqatalalılarla görüşəcək

Bolgexeber.com Baş prokurorluqdan verilən məlumata görə, sentyabrın 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Baş prokuror Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Bolgexeber.com