İlham Rəhimovun bazarında atışma və kütləvi dava
7-09-2014, 11:15
Oxunub: 4 420
Qarşıdurmanı sakitləşdirmək üçün “Sadovod”a bir neçə polis naryadı göndərilib
Moskvada prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan azərbaycanlı iş adamı İlham Rəhimova və ortaqlarına məxsus “Sadovod” bazarında atışma ilə müşaiyət olunan kütləvi dava baş veribBu gün axşam baş vermiş davada 4 nəfər yaralanıb və xəstəxanaya aparılıb.Şahidlərin bildirdiyinə görə qarşıdurmada 200-dən çox adam iştirak edib. Onlar dəyənəklərlə və tapançalarla silahlanıb. Atışma səslərindən sonra bir nəfərin yerdə hərəkətsiz halda uzandığı, onun öldüyünün güman edildiyi bildirilir. İki avtomobil əzilib, bazarın mühafizəçiləri qarşıdurmanı dayandırmaq üçün qapıları bağlayıblar, lakin hasarın çöl tərəfindəki kütlə mühafizəçilərə daş və dəyənəklərlə hücum edib.
Qarşıdurmanı sakitləşdirmək üçün “Sadovod”a bir neçə polis naryadı göndərilib. Polisdən bildirildiyinə görə davanın qarşısı alınıb və 4 nəfər travmatik tapançadan açılan atəşlə xəsarət alıb. İnsidentdə park yeri üstündə mübahisənin səbəb olduğu bildirilir. “Sadovod” bazarında əvvəllər də bu cür kriminal hadisələr-kütləvi dava-dalaş, atışma, soyğunçuluq və s. hallar baş verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər