Bu günə olan astroloji proqnoz
8-09-2014, 00:40
Oxunub: 3 449
QOÇ - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin
Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.
BUĞA - Ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.
ƏKİZLƏR - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlərdə ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.
XƏRÇƏNG - Himayədarınız olan Ayın aktivləşməsi sizlərdə dini-mistik dəyərlər aşılayacaq. Bu səbəbdən də Tanrıya zidd olan addımlar atmamalısınız. Yaxşı olar ki, müqəddəs ocaqlara gedəsiniz.
ŞİR - İş yoldaşlırınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, Yaradan xatirinə təmkin göstərib neytrallığınızı qorumağa çalışın.
QIZ - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. İşlə bağlı məsuliyyətinizi dərk edin.
TƏRƏZİ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərə çıxmaq olar.
ƏQRƏB - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.
OXATAN - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər qalan işlərinizin normal olacağını bildirir. Pul məsələlərində isə ehtiyatlı olun.
OĞLAQ - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Müştərək fəaliyyətdən uzaq olun.
SUTÖKƏN - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsinə xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.
BALIQLAR - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər