Ziya Məmmədovun infarkt xəbəri yalan çıxdı
8-09-2014, 10:30
Oxunub: 3 741
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun infarkt keçirməsi və təcili olaraq müalicə üçün Türkiyəyə aparılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə oxu.az-a Azərbaycanın Nəqliyyat Nazirliyindən bildiriblər. Nazirlikdən daxil olan məlumata görə, nazir Ziya Məmmədov hazırda Türkiyədə səfərdə olsa da, bu, müalicə məqsədi daşımır.
“Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov hazırda məzuniyyətdədir və o, qanunvericiliklə nəzərdə tutulmuş məzuniyyət hüququndan istfadə edərək, istirahət etmək üçün qardaş Türkiyə Cümhuriyyətini seçib. Hal-hazırda nazir Ziya Məmmədov Türkiyədə istirahətini davam etdirir. Onun səhhətinin pisləşməsi ilə yayılan xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir. Bu növ yalan məlumatların yayılması yalnız müxtəlif mətbu orqanların diqqəti özünə cəlb etmək, reytinq qazanmaq cəhdlərindən başqa bir şey deyil...
Digər təəssüflə qeyd olunası məqam isə ondan ibarətdir ki, ölkənin media bazarında xeyli müddətdir fəaliyyət göstərən, kifayət qədər ad-sana malik müxtəlif xəbər portalları da, dünənə qədər adını eşitmədikləri, hardan peyda olduğu qaranlıq qalan birgünlük saytların yalan xarakterli məlumatlarını heç bir şəkildə yoxlamadan, dərhal dərc edirlər və bununla da həmin saytlarla eyni səviyyədə qeyri-peşəkar iş nümayiş etdirmiş olurlar”, - deyə, nazirlikdən daxil olan məlumatda bildirilib.
Qeyd edək ki, Z. Məmmədovun infarkt keçirməsi xəbərini analitik.az saytı yayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər