BolgeXeber.Com » Gündəm » Şəmkirli qadın sahibkar icra başçısından Mehriban Əliyevaya şikayət edir

Şəmkirli qadın sahibkar icra başçısından Mehriban Əliyevaya şikayət edir

8-09-2014, 11:35
Oxunub: 3 945 Nazim Veysov:" Hara istəyirsən şikayət et, onsuz da şikayətlər icra olunması üçün bura gələcək,mən də sənə bərbərxana tikən deyiləm"

Bolgexeber.com-un elekton poçtuna Şəmkir rayon sakini Həzi Aslanov küçəsi ev 82 sakini Əmiri Alanaq Seyranə Oruc qızı tərəfindən göndərilmiş şikayət məktubu daxil olmuşdur. Məktubda Seyranə Oruc qızı icra başçısının ona məxsus olan qadın bərbəxanasını şəxsi maraqları naminə dağıtdığını bildirib. Şikayətçi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan icra başçısı haqqında tədbir görməyi xahiş edib. Məktubu olduğu kimi təqdim edirik.
Şəmkir rayonunun Həzi Aslanov küçəsi ev 82 sakini Əmiri Alanaq Seyranə Oruc qızı tərəfindən

Ə R İ Z Ə
Mənə məxsus rayonun Cahangir Rüstəmov küçəsi ərazisində yerləşən 49 kvadrat metr ölçüsü olan qadın bərbərxanamı İcra başçısı Nazim Veyisov qanunsuz olaraq dağıtdırmışdır. Abadlıq işı altında aparılan bu talançılığın məqsədi ancaq o olmuşdur ki, həmin ərazidə olan marketin sahəsi böyüdülsün ki, bu da başçının özünə məxsusdur.Mənə başqa yerdən torpaq sahəsi versələr də ancaq dağıdılmış bər-bərxananın burada tikilməsinə kömək edilmir.Ancaq bər-bər xana sökülməmişdən əvvəl belə razılaşdırılmışdır.Mən icra başçısı Nazim Veysovun qəbulunda olanda məni kobud söyüşlərlə söyüb təhqqir elədi .Dedi ki hara istəyirsən şikayət et, onsuz da şikayətlər icra olunması üçün bura gələcək,mən də sənə bərbərxana tikən deyiləm.İcra başçısı Nazim Veysovun başı qarışıb talançılıqla kapital toplamağa yadına rayonun sakinlərinin probleminin həlli düşmür.Rayonda icra başçısına şəxsən məxsus çoxlu sayda ticarət obyektləri , istehsal mərkəzləri var.Nazim Veysov icra başçısı yox komersant kimi qabaqcıldır. Bütün bunlara baxmayaraq tamahkar icra başçısı mənim kiçik bər-bər xanamı dağıtdırıb. İldən çoxdur ki ,bizim ailəni işsiz ,çörəksiz qoyub.Bunu Allah da götürməz.Mən Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilə müraciət edirəm.Hörmətli Mehriban xanım, Sizdən xahiş edirəm mənim qanunu əmlakımı dağıtdıran İcra başçsı Nazim Veysov barədə tədbir görülməsinə tapşırıq verəsiniz , mənim qadın bərbərxanamı tikib özümə versin.Bu dırnaq arası kişinin gücü zəif qadına çatır.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com