Eldar Əzizovdan ehsan verənlərə pul cəzası-Nonsns
8-09-2014, 13:25
Oxunub: 3 010
Təmtəraqları yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər
Bir müddət öncə Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyması haqda məlumat vermişdik. İcra başçısının müvafiq tapşırığından sonra icra hakimiyyətinin nümayəndələri şəhərdəki yas mərasimlərinə ciddi nəzarət edirlər. Sakinlərin bildirdiyinə görə, bir neçə gün bundan öncə Sumqayıtda yas mərasimi keçirilən zaman icra nümayəndələri gələrək, mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi müsadirə edib uşaq evinə aparıblar. Bunu yasda iştirak edən insanlar da təsdiq edib.
Onlar bildiriblər ki, icra nüamyəndələri ev sahibindən bir nəfərin iştirakı ilə xörək qazanlarını Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə aparıblar.
AzVision.az-a daxil olan digər məlumata görə, icra nümayəndələri yaslarda bu kimi halların qarşısını almaq üçün sakinlərə cərimə tətbiq edəcəklərini bildiriblər.
Onların sözlərinə görə, təmtəraqları yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər