BolgeXeber.Com » Gündəm » “Azərqaz”ın Ucar rayon şöbəsində dərəbəylik-ŞİKAYƏT

“Azərqaz”ın Ucar rayon şöbəsində dərəbəylik-ŞİKAYƏT

10-09-2014, 10:30
Oxunub: 3 811 Hərbi əlil özbaşınalığa son qoyulması üçün Rövnəq Abdullayevə müraciət edir

Bolgexeber.com-a müraciət edən Ucar rayon sakini, ikinci qrup hərbi əlil Məhəmmədov Mehman İkram oğlu “Azərqaz”da baş verən qanunsuqluqlardan şikayətçidir. Vətəndaşın redaksiyaya göndərdiyi məktubu olduğu kimi təqdim edirik:
“ Mən Ucar rayon sakini, ikinci qrup hərbi əlil Məhəmmədov Mehman İkram oğlu son iki gündə Ucar rayonunda “Azərqaz”da baş verən qəribəliklər və bu haqsız pul yığmalar vətəndaşlarla haqsız və tərbiyədən kənar rəftar etmələri ilə bağlı olaraq cənab Rövnəq Abdullayevə müraciət edirəm və bildirirəm ki “Azərqaz”ın Ucar rayon şöbəsində satış müdürü olan Validə xanım iki gündür ki Ucar əhalisininin günün qara edib. Neçə ildir ki, hər ay pul ödədiyim halda bu gün hansısa yatıb yuxuda gördüyü rəqəmi debitor borc imiş kimi iddia edərək bir iki əlində dəmir kəsən mişar olan adamları ünvanıma yolllayıb ki bəs qaz verilişin dayandırmaq üçün sayğacına qoşulmuş qaz borusun kəsirik. Bütün bunlarla bağlı Ucar qaz şəbəkəsinə getdim ,orda Validə xanımla görüşüb etirazımı bildirdim . Ancaq burda qarşılaşdığım və Validə xanımın dedikləri mənim öz dərdimi yadımdan çıxartdı.
Satışın müdiri Validə xanım bildirdi ki,mənim oğlum Amerikada oxuyub çoxlu əlaqələri var dostları var ,sənin mənimlə qanunla danışmağa gücün çatmaz.
Birdə ki bu idarədə bütün problemlər yuxarının etdikləridir. Ucarın Qazyan kəndində bir ildir ki qaz verilişi olduğu halda sahə işçisi yoxdur. Bildirişləri kənddə yaşıyan işsiz adamlar bekar cavanlar, nəbilim daha kimlər kimlər paylayır. Bir sözlə bu ştat yeri könüllülərin fəaliyyətindən təşkil edilib. Bundan əlavə rayonda istismar müddəti bitmiş həddən çox sayğac var ki, bu da qaz sərfiyyatında ciddi itkilərə yol verir. Sayğaclarsa düzgün işləmir. Bu qədər problem olduğu halda sən də gəlmisən ki ,bəs niyə qazımı kəsirsiz niyə debitor borc yazırsız.

Mən ikinci qrup əliləm və yalan saxta sənədlərlə mənə yazılmış debitor borcun ciddi araşdırılmasını , və yuxarıda qeyd etdiyim Validə xanımın mənə dediyi faktların araşdırılmasını və ciddi tədbirlər görülməsini sizdən xahiş edirəm”
Məhəmmədov Mehman İkram oğlu
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com