BolgeXeber.Com » Gündəm » DSMF-nun Ucar rayon şöbəsinin rəisinə şok ittiham

DSMF-nun Ucar rayon şöbəsinin rəisinə şok ittiham

12-09-2014, 13:10
Oxunub: 3 761 “Pulumu onlardan qaytarmalarını tələb etdikdə mənə bildirdilər ki ,sənə bu boyda iş düzüb -qoşmuşuq ,xərci budur...”

Əliş Cəbrayılov Bolgexeber.com-a müraciət edən Ucar rayon sakini Hüseynov Hüseyn Miriş oğlu 8850 manat pensiya pulunun Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı tərəfindən mənimsənildiyini bildirir. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi təqdim edirik:
Ucar rayonunun Qazyan kəndi sakini Hüseynov Hüseyn Miriş oğlu tərəfindən


M Ü R A C İ Ə T

Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı vəzifə səlahiyyətlərindən, mənim savadsızlığımdan sui-istifadə edib 8850 manat pulumu bankomatdan çıxarıb mənimsəmişdilər ki ,bu cinayət əməlidir.17 il qaynaqçı işləməyimə görə mən 57 yaşımda pensiyaya çıxmalı idim.Ancaq elə bilirdim ki , 65 yaşım tamam olanda pensiyaya çıxa bilərəm.Tanıdığım bir şəxs başa saldı ki,sən qaynaqçı işlədiyin üçün 57 yaşında pensiyaya çıxmalı idin, buna görə də sənin pensiya bazanda 57 yaşından bu günə qədər 8 il qalmış pulu ala bilərsən.Bu barədə mən Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinə müraciət etdim. Onlar sənədlərimi hazırladılar və pensiyaya çıxdım. Şöbənin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı pensiya kartımı qeydiyyatdan keçirmək adı ilə özlərində saxlayıb hesabımda olan 8850 manat pulumu çıxardıb götürüb 500 manat saxlayıblar ki ,guya hesabımda bu qədər pensiya pulum var.Mən tanışımın köməyi ilə “Kapital” bankdan çıxarış sənədi aldım və məlum oldu ki hesabımda olmuş 9350 manat pulun 8850 manatını DSMF-nun Ucar rayon şöbəsinin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı əlbir olub götürüblər ki, bu cinayət faktıdır.Pulumu onlardan qaytarmalarını tələb etdikdə mənə bildirdilər ki ,sənə bu boyda iş düzüb -qoşmuşuq ,xərci budur,bu pulun çox hissəsini DSMF-na rəhbərliyə veririk,yoxsa mümkün deyil.Bir neçə dəfə gedib onlardan pulumu istədim axırda mənə dedilər ki ,biz pulunu çıxarmamışıq ,hara istəyirsən şikayət et.Ancaq yenə də tanışlar mənə bildirdilər ki , bankomatdan kartla pul çıxaran şəxsin fotosunu robot çəkir yaddaşda 5 il saxlayır .Həmin fotonun 4 ədədi dərhal baş orqanlara komputer vasitəsiilə avtomatik göndərilir.Mənim əlimdə artıq hansı tarixdə, saatda pulumun çıxarılması barədə bank çıxarışı var.Artıq şikayətlər göndərmişəm.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə ,Baş Prokuror cənab Zakir Qaralova və DSMF-nun sədri cənab Elman Mehdiyevə müraciət edib xahiş edirəm, cinayət yolu ilə mənim küllü miqdarda pulumu mənimsəmiş DSMF-nun Ucar rayon şöbəsinin rəisi Əliş Cəbrayılovun və İslam adlı əməkdaşı barəsində qanunu tədbirlər görəsiniz.. Bankdan pulumu çıxaran şəxsin fotosu çıxarılarsa onların cinayət əməlləri bir daha subut olunacaq.Xahiş edirəm mənə kömək edin ,qanunu ,halal pulumu quldurlardan ala bilim”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com