Nazir kreditini müəllimlərə ödətdirən direktoru işdən qovdu
13-09-2014, 11:35
Oxunub: 3 327
Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı araşdırma aparıb
Adı kredit qalmaqalında hallandırılan 171 saylı məktəbin direktoru İradə Murğuzova işdən çıxarıldı.Bolgexeber.com xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza verib. T.Rzanın sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı araşdırma aparıb. Onun işdən çıxarılmasının da kredit qalmaqalı ilə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, sentyabrın 18-də Xətai Rayon Məhkəməsində həmin məktəbin müəlliməsi Mədinə Tağıyevanın İradə Murğuzovaya qarşı iddiasına baxılacaq. Müəllimə İradə Murğuzovaya qarşı 100 min manat məbləğində təzminat davası açıb. Bundan əvvəl müəllimlərə kredit verən idarənin Xətai-Suraxaı mühasibatlığının direktoru da işdən çıxarılıb.
Bu arada məlum olub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) digər məktəblərdə analoji problemlər yaranmasın deyə yeni tədris ilindən başlayaraq şəffaflıq məsələsinə xüsusi diqqət yetirəcək, müəllim və valideynlərin açıq qəbulunu keçirəcək.
İdarədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu açıq qəbullarda məqsəd müəllimlərin vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində təhsil müəssisəsi rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaqdır.
Məktəblərdə səyyar qəbullar da keçiriləcək, müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən yerindəcə öyrəniləcək. Valideynlər müəllimlərlə və məktəb direktorları ilə bağlı narazılıqlarını açıq şəkildə deyə biləcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər