Şairin 150 min manatını mənimsədilər
14-09-2014, 11:35
Oxunub: 3 363
Tanınmış şair Saday Şəkərlini yaxın dostu aldadaraq pulunu mənimsəyib. Borcunu qaytarmaqdan boyun qaçıran şəxs ölkədən qaçıb
Bu barədə axar.az-a danışan şair keçmiş dostu Veysəlov Yusif Arif oğlunun onun etibarından sui-istifadə etdiyini bildirib:
“Y.Veysəlov iş qurmaq adı adı ilə məndən 150 min dollar pul aldı. Mən həmin məbləği ona hissə-hissə vermişəm. Hər dəfə iş barəsində soruşanda işlərin yaxşı getdiyini deyirdi. Sonradan məni aldatdığını anladım. İndi isə pulumu geri ala bilmirəm”.
Saday Şəkərli pulunu almaq üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edərək borcu tanıyıb. Lakin şair pulunun geri qaytarılmasına nail olmayıb. Yenidən müraciət etdiyi Şirvan Apellyasiya Məhkəməsi isə borcun 100 min dollar olduğunu tanıyıb və bu barədə qətnamə qəbul edib. Lakin Saday Şəkərli bu dəfə də öz pulunu geri ala bilməyib.
Şair artıq Yusif Veysəlovun ölkədən qaçdığını bildirib:
“Hazırda məhkəmənin qətnaməsi qüvvəyə minsə də, qərarı icra etmək hələ ki, mümkün olmayıb. Kürdəmir rayon icra məmurlarının səriştəsizliyi nəticəsində dələduz Rusiya Federasiyasına qaçmağa nail olub”.
Saday Şəkərli dələduzun axtarışı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər