Azərbaycan “Facebook” istifadəçiləri üçün şad xəbər
16-09-2014, 11:55
Oxunub: 3 823
Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçiləri "Facebook" kontentinə sürətli və keyfiyyətli çıxış əldə edəcəklər
Bu barədə xəbər verən mənbə bildirib ki, bu, Azərbaycanda dünyanın ən iri magistral operatorlarından biri olan "Level 3 Communications"ın kontentin çatdırılması şəbəkəsinin (CDN - Content Delivery Network) işə salınmasından sonra mümkün olacaq. "Level 3" şəbəkəsində "Facebook"un bütün kontenti keşlənir ki, bu da sosial şəbəkəyə daha sürətli və keyfiyyətli çıxış əldə etmək istəyən abonentlərin sorğusunu qarşılayır.
Mənbə qeyd edib ki, "Level 3 Communications" birinci səviyyəli provayderdir: "Onun sərəncamında dünyada məlumatın ötürülməsi üzrə ən iri magistral kanal şəbəkələrindən biri yerləşir. Azərbaycanda ilkin mərhələdə 10 giqabitlik server yerləşdiriləcək. 3 ay ərzində onun yüklənməsi 50 faizə çatarsa, şəbəkənin gücü artırılacaq. Bu istiqamətdə işləri ilin sonunadək reallaşdırmaq planlaşdırılır".
Azərbaycanda "Level 3" kontentin çatdırılması şəbəkəsi əlavə ötürmə qabiliyyətini təmin edəcək, magistral şəbəkələrdə və serverdə yüklənməni azaldacaq, kontenti son istifadəçiyə yaxın yerləşdirməyə imkan verəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər