BolgeXeber.Com » Gündəm » "Baku Medical Plaza" şok qiymətlər

"Baku Medical Plaza" şok qiymətlər

16-09-2014, 12:30
Oxunub: 5 334 Bəs səhiyyə Nazirliyi hara baxır?

Son zamanlar özəl klinikalarla bağlı vəziyyət ürəkaçan deyil. Bir sıra özəl tibb ocaqlarında qanunsuz əməllərə yol verilir, pasiyentlərin aldadılması faktları var. Artıq bu cür neqativ hallar durmadan artır. Bu klinikalardan biri " Baku Medical Plaza"dır. Bu xəstəxanada analizlər və müayinələrə görə həddən artıq pul tələb olunur. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, sözügedən tibb müəssisəsində donorlardan qan götürülərkən donor xəstəxanaya 40 manat ödəniş etməlidir. Bunu isə donordan analiz adıyla alırlar. Bundan başqa xəstələrə qanı pul müqabilində satırlar.

Qanın 500 qramının 100-150 manata satıldığını deyirlər. Qanın ehtiyacı olanlar üçün pulsuz olduğunu Səhiyyə Nazirliyinin yetkililəri deyir və xəstəxanalar da Səhiyyə Nazirliyinə tabe olduğundan, bu məsələ ilə bağlı nazirlik açıqlama verməlidir. Bundan başqa burada tibbi avadanlıqlar istifadəyə yararsızdır. Baxmayaraq ki, reklamlarda göstərilir ki, burada tibbi xidmətin keyfiyyəti yüksəkdir. Lakin xidmətin keyfiyyətli olması üçün peşəkar kadrlarla yanaşı, lazımi tibbi avadanlıqların da olması vacib amillərdən sayılır. Lakin sözügedən xəstəxxanada o qədər də savadlı kadrlar yoxdur. Bir- iki həkimi çıxmaq şərtilə qalanlarının tibbdən anlayışı yoxdur. Yalnız pasiyentləri soymaqla məşğuldurlar. Analizlərin qiyməti dövlət xəstəxanalarına eləcə də digər özəl tibb ocaqlarına baxdıqda burada həddən artıq yüksəkdir. Dövlət xəstəxanasında elə analiz var ki, 10 manatadır, lakin " Baku Medical Plaza"da 30 manatadır. Belə olan halda xəstələrin buna imkanı çatmır. Bundan başqa sözügedən özəl tibb müəssisəsində vətəndaşa səhv diaqnoz qoymaqla müalicə edərək sağlamlığına ciddi ziyan vurublar.Tibb mərkəzində ən bahalı analizlərin qiyməti hətta 300 manata kimi qalxır. Araşdırmalara görə, klinikaya müraciət edənlərin böyük bir qismi varlı təbəqədən olanlardır. Maddi durumu zəif olan vətəndaşlar burda müayinə olunmaq üçün gərək bir aylıq maaşlarından keçələr.

Qeyd edək ki, Səhiyyə Nazirliyi özəl xəstəxanalarda və klinikalarda olan qiymətlərə qarışmadığını dəfələrlə bəyan edib: "Bazar iqtisadiyyatıdır, bazarda qiymətlər sahibkar tərəfindən tənzimlənir. Özəl tibb ocaqları öz daxili imkanları hesabına qiymətləri müəyyən edir. Əlbəttə ki, bahaçılıqdır". Nazirlik belə açıqlamalarla işini bitmiş hesab edir. Lisenziyanı isə özəl tibb mərkəzlərinə Səhiyyə Nazirliyi verir. Hesab edirik ki, nazir Oqtay Şirəliyev özəl səhiyyəyə diqqəti ayırmalı və lazım gələrsə fəaliyyətində nöqsanlar olan özəl tibb ocaqlarının lisenziyasını ləğv etməlidir.
gundelik-baku