BolgeXeber.Com » Gündəm » DYP-nin "sirri" və "qorxulu" 12-ci otağı

DYP-nin "sirri" və "qorxulu" 12-ci otağı

19-09-2014, 14:25
Oxunub: 4 381 Bu otaqda sürücüdən 250 manat alıb, 150 manatlıq cərimə yazırlar

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində (BŞBDYPİ) sirrli, həm də əksəriyyətin qorxuduğu bir otaq var .Jamşaz-a daxil olan məlumata görə, 12-ci otağa işi düşən sürücünün ən azından 250 manat «xərci» var. Bu rəqəm hətta 1000 manata qədər yüksələ də bilər.
Lənkəran sakini bildirir ki, o, başına gətirilənlərdən sonra daxili işlər naziri, general Ramil Usubova müraciət etməkdən başqa çıxış yoluqalmayıb. Şikayəti isə məhz BŞBDYPİ-də başına gətirilən oyundur.
Şikayətçi bildirir ki, o, 30 iyun 2014-cü ildə gecə saat 23:25 radələrində Heydər Əliyev Sarayından «5 Mərtəbə» deyilən əraziyə gedirmiş. «Normal sürətlə maşını sürdüyüm halda, qarşımı BMV markalı maşında əyləşmiş mülki geyimli şəxslər kəsdilər. Özü də maşını avtomobilimin qarşısına verməklə. Bundan dərhal sonra isə əraziyə DYP əməkdaşı Nüsrət Səfərov gəldi. Və məndən heç nə soruşmadan və ümumiyyətlə, heç də izah etmədən maşınımı cərimə meydançasına apartdırdı».
Lənkəran sakini deyir ki, o, avtomobili alandan üzərində çoxavazlı siqnalın oluduğundan xəbəri olmayıb. «Maşının baqajında quraşdırılmamış çoxavazlı siqnal var idi. Heç bir zaman ondan istifadə etməmişəm. Çünki belə bir işdən heç zaman xoşum gəlməyib».
O daha sonra «sirrli» 12-ci otaqdan danışıb. Şikayətçi qeyd edir ki, baş verənlərin səhəri günü BŞBDYPİ-də 12-ci otağa müraciət edərək, avtomobilini cərimə meydançasından çıxarmaq istədiyini bildirib. «Onlar mənə dedilər ki, bunun üçün bir neçə sənədə qol çəkməyim lazımdır. Bundan əlavə 250 manat cərimə də ödəməliyəm. İnandım ki, dövlət məmuru olan bu polis işçiləri məni aldada bilməzlər. Ona görə də, dedikləri kağızlara qol çəkdim. Lakin məlum oldu ki, mənim sürücülük vəsiqəm olmasa, avtomobili cərimə meydançasından çıxara bilmərəm».
O qeyd edir ki, burada əsas məqamlardan biri həmin 12-ci otaqda ondan cərimə adı ilə pul almalarıdır. «Mənə demişdilər ki, 250 manat cərimə ödəməliyəm. Mən həmin pulu ödədim. Lakin az sonra məlum oldu ki, BŞBDYPİ-nin 12-ci otağındakı polislər məni aldadıblar. Belə ki, onlar mənə 150 manat cərimə yazaraq, 250 manat pul alıblar».
Lənkəran sakini baş verən özbaşınalıq və qanunsuzluqdan dolayı nazir Ramil Usubova müraciət edərək, ondan tədbir görməsini və polisin adına ləkə gətirən şəxslərin cəzalandırılmasını istəyib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com