BolgeXeber.Com » Gündəm » iPhone 6 telefonları satışa buraxılıb

iPhone 6 telefonları satışa buraxılıb

20-09-2014, 10:10
Oxunub: 3 982 iPhone 6 telefonları dünən Britaniya, Yaponiya, ABŞ və digər ölkələrdə satışa buraxılıb.

Minlərlə alıcı gedən növbələrə dayanıb, Çin kimi satışı gecikdirilən bəzi ölkələrin sakinləri telefonu əldə etmək üçün başqa ölkələrə səfər edib.

Apple bildirib ki, yeni telefonların ilk gün sifarişi 4 milyon təşkil edib. Bu, iki il əvvəl iPhone 5-in sifarişindən iki dəfə çoxdur.

12 santimetrlik telefonun qiyməti 199, 6 Plus-in isə 299 dollardır.