Daşkəsənlilər su qıtlığından şikayətlənirlər
22-09-2014, 19:20
Oxunub: 4 194
Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 45 ünvanında yaşayan sakinlər ciddi su problemi yaşayırlar
Şikayətçilərin verdiyi məlumata görə, onların yaşadığı əraziyə su 10 gündə bir dəfə gəlir. Ona görə də həyətdəki ümumi bulağın qarşısında növbə yaranır.
Aşağı mərtəbələrdə yaşayan sakinlər iri tonluq çənləri doldurduqlarından, yuxarı mərtəbə sakinlərinə su çatmır. Çünki suyun verilmə müddəti cəmi 1 saatdır.
Bu problemə yalnız qeyd olunan ünvanda deyil, Daşkəsənin bir çox yerlərində rast gəlmək mümkündür. Hər halda, şikayətçilər belə deyirlər. Həyətə gələn içməli su üstündə mübarizə və mübahisədən yorulduqlarını deyən sakinlər aiddiyyatı qurumları problemi həll etməyə çağırırlar.
Sakinlər bu problemdən artıq bezdiklərini deyirlər: “Susuzluq bizi tam bezdirib. Belə şey olar? Neçə vaxtdır ki, eyni vəziyətdə yaşayırıq. 21-ci əsirdə əlimizdə vedrələrlə sırada dayanmaq adama pis təsir edir. Bəzən buna görə sakinlər arasında mübahislər də yaranır. Sanki hansısa dağın başında yaşayırıq. Dağda yaşayanlarla heç bir fərqimiz yoxdur”.
Şikayətçi sakinlərin dediklərinə görə, bu problemlə bağlı müraciət etmədikləri qurum qalmayıb: “Bizi susuz qoyan məmurlara səslənirik. Onlar belə bir şəraitdə yaşayarlarmı? Onlar belə bir duruma nə qədər dözə bilərlər? Özləri lüks şəraitdə, villalarda yaşayırlar. Hərdən bu adi vətədaşlara da bir əl uzatsalar, yaxşı olar. Şikayət etmədiyimiz yer qalmayıb. Ən son çarəmiz bizi eşitməyən məmurlara mətbuat vasitəsi ilə səslənmək oldu”. (musavat.com)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər