BolgeXeber.Com » Gündəm » Kərəm Həsənovun kadrlarından prezidentə şikayət-FOTO

Kərəm Həsənovun kadrlarından prezidentə şikayət-FOTO

24-09-2014, 11:05
Oxunub: 3 746 Korrupsioner cütlük hətta rüşvəti qəbul etmək üçün idarədən kənarda obyekt götürüb

Ucar rayonu Gəraybəyli kəndi sakini Əliyeva Kütah Məhəmmədəli qızı Əmlak Məsələri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun işçilərinin özbaşınalığından şikayətçidir.Vətəndaşın Bolgexeber.com-a ünvanladığı müraciətində onun ƏMDK yetkililəri tərəfindən pozulmuş hüquqlarından danışılır.

Müraciəti olduğu kimi təqdim edirik : “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməyinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov və müavini Vaqif Abdullayev korrupsiya şəbəkəsi yaradıb vətəndaşların əmlaklarını başqa şəxslərə satmaqla talançı əməllərini davam etdirirlər. Nəticədə vətəndaşlar üz-üzə qalıb, münaqişəyə cəlb olunublar ki, bu ağır nəticələr verəcək.

Bu korrusioner cütlük mənim qanuni torpaq sahəmi başqa şəxsə satmışdılar. Hansı ki həmin torpaq sahəsini 2010-cu il tarixdə qanuni qaydada mən almışam, əlimdə də sənədlər var. Hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənə çıxarış da verilib. Bundan sonra 2014-cü il tarixdə həmin torpaq sahəm üzrə başqa şəxsə də DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov və müavini Vaqif Abdullayev çıxarış vermişdilər. Bu açıq-aşkar cinayət faktıdır ki , bunu bu korrupsiyaya qurşanmış vəzifəli şəxslər küllü miqdarda rüşvət hesabına həyata keçiriblər.

Qeyd edim ki, korrupsioner cütlük hətta rüşvəti qəbul etmək üçün idarədən kənarda obyekt götürüb, orada öz yaxın adamlarının vasitəsi ilə rüşvəti qəbul edirlər. DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun və onun müavini Vaqif Abdullayevin belə qanunsuz əməllərindən vətəndaşlar cana yığılıblar. İnsanlar çox əziyyət çəkirlər.

Mənim 72 yaşım var, bu torpağı halal pulumla aldım ki, yetimliklə böyütdüyüm nəvəm üzərində sahibkarlıq obyekti inşa etdirib çörək pulu qazanar. Ancaq bu korrupsioner cütlüyün saxtakarlığı nəticəsində halal torpağımızın üzərində tikinti işləri apara bilmirik. Mən bu barədə Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova və digər orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm, ancaq indiyədək heç bir tədbir görülməyib.

Bu da artıq məndə belə bir şübhə yaradıb ki, bu korrupsioner cütlük taladıqları puldan özləri dedikləri kimi “yuxarılara” da ötürürlər. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, DƏDƏRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun və müavini Vaqif Abdullayevin korrupsiya əməllərini araşdırıb onların barəsində tədbirlər görəsiniz. Mən Sizə inanıram, əminəm ki, Siz müraciətimi nəzərə alıb qanuni tədbirlər görəcəksiniz”.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com