"Azercell"in baş ofisində əlbəyaxa dava
27-09-2014, 11:05
Oxunub: 3 940
"Azercell" şirkətinin baş ofisində qısqanclıq zəminində əlbəyaxa dava baş verib
Bu haqda məlumat verən olke.az bildirir ki, davaya səbəb Əli Əhməd adlı bir şəxsin bu şirkətdə işləyən "N" adlı həyat yoldaşının yenə "Azercell" şirkətində işləyən Elçin adlı birisi ilə məhəbbət macərəsı olub.
Həyat yoldaşının xəyanətinə dözməyən Əli Əhməd onun iş yerinə (şirkətin baş ofisi) gələrək onun məşuqu Elçinə hücum çəkib. "Azercell"in mühafizəçiləri tərəfindən güclə küçəyə çıxarılan Əli Əhməd ofisin önünə park edilmiş avtomobilləri əlindəki beysbol ağacı ilə əzməyə başlayıb. Məlumata görə, hadisə yerinə çağırılmış 29-cu polis bölməsinin əməkdaşları onları bölməyə aparıb. Məsələ ilə bağlı 29-cu polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən hadisə ilə bağlı faktı təsdiqlədilər və hər iki şəxsin də bölməyə gətirildiyini, hadisənin araşdırıldığını qeyd etdilər. Eyni zamanda "Azercell" şirkətinin baş ofisi ilə də əlaqə saxlamağa çalışdıq. Lakin telefonumuza cavab verən olmadı.
(Etika nöqteyi-nəzərindən davaya səbəb olmuş xanımın adını tam yazmırıq)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər