“Atena” məhsullarına təhlükəli maddələr qatılır - Video
29-09-2014, 13:15
Oxunub: 5 919
Bu, nəyin göstəricisidir?
“Atena” süd məhsullarının istehsalında insan sağlamlığı üçün təhlükəli olan maddələrdən istifadə olunur. Bu barədə iddialar “Atena” məhsullarından bir neçə dəfə zəhərlənmə faktlarından sonra meydana gəlib. Bolgexeber.com xəbər verir ki, bununla bağlı araşdırma aparan AzNews.az-ın əməkdaşları maraqlı fakt əldə edib. “Bizim market” mağazalar şəbəkəsindən aldıqları 0 faizli südü istifadə edərkən tərkibinin tamamilə dəyişdiyinin, qatıq halını aldığının şahidi olublar.
Südün üzərində saxlanma müddəti və digər göstəricilər yerində olub.
Belə olan halda, süd qatığa neçə çevrilib? Bu, nəyin göstəricisidir?
Məsələ ilə bağlı Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az –a bildirib ki, südün qatığa çevrilməyinin iki səbəbi ola bilər. Onun sözlərinə görə, əgər südün saxlanma şəraiti pozulduqda və istifadə müddəti az olduqda südün qatığa çevrilməsi normaldır: “Lakin südün üzərində saxlanma tarixi 1 ay kimi göstərilibsə, deməli həmin məhsulun qatığa çevrilməsi kimyəvi qatqıların nəticəsində baş verib. Həmin kimyəvi maddələrin sayəsində süd məhsulu qatığa çevrilib. İstehsalçıların hansı kimyəvi maddələrdən istifadə etdiyini deyə bilmərəm. Amma onu deyim ki, ağartı məhsullarına qatılan kimyəvi qatqılar insan ömrünü qısaldır”.
Xatırladaq ki, 2011-ci ildən fəaliyyətə başlayan “Atena” MMC süd və süd məhsulları bazarında 40 artıq müxtəlif çeşidli məhsul istehsal edir. Süd, ayran, qatıq, xama, pendir, kərə yağlarının hər birinin bir neçə cür növü istehsal olunur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər