BolgeXeber.Com » Gündəm » İsmayıllıda yumruqla 5 uşaq anasını öldürən kişi danışdı - VİDEO

İsmayıllıda yumruqla 5 uşaq anasını öldürən kişi danışdı - VİDEO

29-09-2014, 13:45
Oxunub: 2 723 Zərərçəkənin üzü tanınmaz hala düşüb

İsmayıllı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ər arvadını döyərək öldürüb.Hadisə rayonun Girk kəndində qeydə alınıb.Kənd sakini 1976-ci il təvəllüdlü Qarayev Şöhrət Qara oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1985-ci il təvəllüdlü Qarayeva Hilaləxan Ərkinbəy qızının başına bellə və yumruqla vuraraq onu öldürüb. Hadisə zamanı Şöhrət Qarayev sərxoş olub.
O meşədə dostları ilə spirtli içki qəbul edərək evə gəlib və həyat yoldaşını döyməyə başlayıb. Zərbələrin təsirindən zərərçəkənin üzü tanınmaz hala düşüb. Anasının ağır işgəncəyə məruz qalaraq döyüldüyünü görən ailənin 13 yaşlı qızı nənəsinə və dayısına xəbər çatdırıb. Şöhrət Qarayev ölümcül vəziyyətdə olan həyat yoldaşının müalicə üçün xəstəxanaya aparılmasına da mane olmağa çalışıb.

Tutularaq istintaqa təhvil verilən Şöhrət Qarayev polisə ilkin ifadəsində bildirib ki, həyat yoldaşı guya evin balkonundan yıxılıb. Amma polislər Ş.Qarayevin bu ifadəsini inandırıcı saymayıblar. Sonda saxlanılan şəxs həyat yoldaşını döyərək qətlə yetirdiyini etiraf edib. Hadisəni törədən Şöhrət Qarayevin qətlə yetirdiyi həyat yoldaşı ilə birgə nikahdan 5 övladı var. Onların sonuncu övladı 20 gün bundan əvvəl dünyaya gəlib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.