BolgeXeber.Com » Gündəm » Göyçayda toy karvanında qəza: ÖLƏNLƏRİN SAYI 9-A ÇATDI

Göyçayda toy karvanında qəza: ÖLƏNLƏRİN SAYI 9-A ÇATDI

29-09-2014, 16:00
Oxunub: 2 854 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib

Hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan maşın karvanında baş verib. Gəlin aparan karvanda olan 90-BP-886 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı maşınla toqquşub. Hadisə zamanı 9 nəfər dünyasını dəyişib. Hadisə yerinə gələn FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyiti çıxarıblar. Hadisə zamanı 6 nəfərin də ağır yaralandığı bildirilir. Yaralılar Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Sonradan yaralılardan 5 nəfəri də dünyasını dəyişib. Hazırda ölən şəxslərdən 6-nın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsində, 3-nün meyiti isə Göyçay rayon şöbəsindədir. Bir nəfər yaralı isə ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. apa
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.