Nazirləri yenidən rayonlara göndərirlər
30-09-2014, 10:55
Oxunub: 4 297
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri oktyabrın 1-dən şəhər və rayonlarda vətəndaşların qəbulunu davam etdirəcəklər.
Dövlət məmurlarının qəbul günləri və qəbulu keçirəcəkləri rayonları təqdim edirik:
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov oktyabrın 3-ü Siyəzən şəhərində Siyəzən, Xızı və Şabran sakinlərini qəbul edəcək.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev oktyabrın 9-u Lənkəran şəhərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı sakinləri ilə görüşəcək.
Təhsil naziri Mikayıl Cabbarov isə Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd sakinlərini oktyabrın 13-ü Tərtərdə qəbul edəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovla görüş Yevlaxda olacaq. Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Bərdə, Tərtər sakinləri oktyabrın 16-da Arzu Rəhimovun qəbuluna gedə bilər.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərini oktyabrın 17-də Gəncədə qəbul edəcək.
Kənd təsərrüfatı naziri Heydər Əsədov iki bölgədə qəbul keçirəcək. belə ki, nazir ilk olaraq oktyabrın 17-də Sabirabad şəhərində Sabirabad, Saatlı, İmişli, Hacıqabul sakinlərini qəbul edəcək.
Oktyabrın 29-u isə Xaçmaz şəhərində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı sakinləri ilə görüşəcək.
Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 17-i Salyanda Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad sakinlərinin şikayət və təkliflərini dinləyəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin də qəbul günü oktyabrın 17-ə təsadüf edir. O, Ağsu şəhərində Ağsu, Göyçay, Kürdəmir, Ucar sakinlərini qəbul edəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 21-i Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçaladan olan vətəndaşları qəbul edəcək.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun qəbul günü Göyçayda oktyabrın 24-ü Göyçay, Ucar, Kürdəmir sakinləri ilə görüşəcək.
Gənclər və idman naziri Azad Rəhimovun qəbul günü isə oktyabrın 24-ü Lənkəranda baş tutacaq. O, Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı sakinlərini qəbul edəcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmək istəyən vətəndaşlar oktyabrın 24-ü Ağdam şəhərinə getməlidir. Nazir Ağdam, Bərdə, Tərtər, Yevlax, Goranboy, Xocalı sakinləri ilə görüşəcək.
Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 24-ü Mingəçevirdə Mingəçevir və Samuxdan olan vətəndaşları qəbul edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbul günü oktyabrın 24-ü Biləsuvarda olacaq. O, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlıdan olan vətəndaşlarla görüşəcək.
Daxili işlər naziri Ramil Usubov Gəncədə oktyabrın 25-i Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən sakinlərinin şikayət və təkliflərini dinləyəcək.
Ədliyyə naziri Fikrət Məmmədov Füzuli, İmişli, Beyləqan, Xocavənd sakinləri ilə oktyabrın 29-u Füzuli şəhərində görüşəcək.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna getmək istəyənlər oktyabrın 30-u Qusara getməlidir. Nazir bu şəhərdə Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən sakinlərini qəbul edəcək.
Vergilər naziri Fazil Məmmədov oktyabrın 30-u Salyan şəhərində Salyan, Neftçala, Saatlıdan olan vətəndaşları qəbul edəcək.
Baş prokuror Zakir Qaralovlavətəndaşların görüşü oktyabrın 31-i Tərtərdə baş tutacaq. Baş prokuror Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın sakinləri ilə görüşəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbul günü isə oktyabrın 31-i İsmayıllıda baş tutacaq. O, İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan sakinlərini qəbul edəcək.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qobustanda Qobustan, Abşeron, Şamaxı, Ağsu sakinlərini qəbul edəcək. görüş oktyabrın 31-i baş tutatcaq.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev oktyabrın 13-də Şəmkir, Gədəbəy, Samux sakinlərini qəbul edəcək. görüş Şəmkirdə keçiriləcək.azvision.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər