2 oktyabra olan astroloji proqnoz
2-10-2014, 08:40
Oxunub: 2 467
QOÇ - Qarşınızda kifayət qədər mistik bir gün durur
Ola bilsin ki, anlaşılmaz hadisələrlə rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız.
BUĞA - Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Qəribə də olsa, astroloji göstəricilər saat 14-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür.
ƏKİZLƏR - Bütün işlərinizin qaydasında gedəcəyini bildirən Göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Dostlara güvənin.
XƏRÇƏNG - Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınızdakı dost-tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar.
ŞİR - Əgər bu təqvimdən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq səfərə çıxın. Bununla siz stress və mənəvi ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yer verməyin.
QIZ - Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olsanız, ixtiyarınızda olan gündən zövq almayacaqsınız.
TƏRƏZİ - Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu gün təmin olunacaq. Çünki saat 12-dən etibarən maraqlı gəzintilər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir.
ƏQRƏB - Bəri başdan bilməlisiniz ki, gün ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Səfərləri isə təxirə salın.
OXATAN - Əsas diqqətinizi maliyyə məsələlərinə yönəldin. Yaxşı bilirsiniz ki, qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir.
OĞLAQ - Bütün vacib işlərinizi saat 11-14 arası tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Qalan vaxtlar riskli və yeni işlərdən imtina edin.
SUTÖKƏN - Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da saat 12-16 arası özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Bu gün istənilən səfəri təxirə salsanız, yaxşıdır.
BALIQLAR - «Nə ətdir, nə balıq» misalını indiki durumunuza aid etsək, heç də yanılmarıq. Çünki çəkdiyiniz əziyyətlər hədər gedir. Amma bu gün inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar tapılacaq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər