Azərbaycanlı xanım deputatlığa namizəd oldu
29-09-2010, 05:45
Oxunub: 8 755
Kəmalə Kərimovanın Almaniyada keçirələcək əyalət seçkilərində seçilmək şansları yüksək qiymətləndirilir
Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, hazırda Münhen şəhərində yaşayan Kəmalə Kərimova noyabrın 28-də keçiriləcək əyalət parlamentinə seçkilərində iştirak etmək qərarına gəlib. Bu barədə azərbaycanlı xanım özü "Bolgexeber"-ə məlumat verib.
Xanım Kərimova deyib ki, artıq deputatlığa namizədliyini irəli sürüb və Münhen şəhərindən millət vəkili olmaq fikrindədir. Onun sözlərinə görə, seçki kampaniyası dövründə görüşlərə başlayaraq, təbliğat aparmaq işlərini genişləndirməkdədir. «Əyalət seçkilərində iştirak etmək niyyətimi ortaya qoyduqdan sonra namizədliyimi irəli sürdüm. Şansım kifayət qədər çoxdur. Buna səbəb mənə verilən dəstəyin yetərli qədər böyük olmasıdır».
Onun sözlərinə görə, hal hazırda Münhendə ona şəhərdə yaşayan azərbaycanlılar, xüsusi ilə çoxluq təşkil edən türklər və yəhudi lobbisinin nümayəndələri dəstək verirlər. Bundan başqa o, reytinq cədvəllərinə başçılıq etdiyini də vıurğulayıb. «Seçkilər ərəfəsində keçirilən sosioloji sorğularda birinci olmuşam. Bu prosesin davam etməsi üçün bütün qüvvəmi ortaya qoyacam».
O deyib ki, seçkilərə qatılmaq və qalib gəlməkdə məqsəd Almaniyada siyasətlə daha aktiv şəkildə məşğul olmaq və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaq istəyidir.
«Məqsədim həm aktiv siyasətlə məşğul olmaq, həm də Azərbaycan həqiqətlərini Almaniyanın ən yüksək tribunalarından cəmiyyətə çatdırmaqdır. Bu məsələdə hamıya böyük ümid bəsləyir və onlardan dəstək gözləyirəm».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər