Mobil telefonunuzun dinlənilməsindən necə xəbər tuta bilərsiniz?
29-09-2010, 04:05
Oxunub: 7 840

Bunu bilməyin 6 yolu var...
Bu gün dünya ölkələrində insanları narahat edən məsələlərdən biri də mobil telefonlarına onlardan xəbərsiz qulaq asılıb-asılması, telefonlarına gələn SMS-lərin, məktubların başqaları tərəfindən oxunub-oxunmamasıdır.
Artıq müasir texniki imkanlar həvəskar müdirin, qısqanc həyat yoldaşının, o cümlədən telefon dələduzlarının bu yoldan istifa etməsini asanlaşdırıb. Ancaq zamanında bunun fərqinə varıb, dinlənilmədən can qurtarmağın yolları da var. Əgər mobil telefonunuza qulaq asılırsa, telefonunuz dinlənirsə, bunun 6 əlaməti var və həminə əlamətlər üzrə dinlənildiyinizi müəyyənləşdirə bilərsiniz. Birincisi, əgər mobil telefonunuzdan istifadə etmədiyiniz halda onun batareyasında temperatur yüksəkdirsə, deməli, dinlənirsiniz. Çünki batareya hər şeydən əvvəl ölçüsüz istifadə zamanı qızmağa başlayır. İkincisi, dinlənilmə zamanı mobil telefonun batareyası qısa müddətdə boşalır. Bu da sizi artıq təhlükədən xəbərdar etməlidir.
Üçüncüsü, əgər telefonu söndürən zaman çox parlaq işıqlanma müşahidə olunursa, uzun müddət temperaturu yüksək qalırsa, yaxud ümumiyyətlə telefonu söndürmək olmursa, deməli, dinlənirsiniz. Buna görə də daim telefonu söndürərkən müşahidə etməlisiniz ki, qeyri-adilik olan zaman bunu tez aşkara çıxarasınız. Dördüncüsü, əgər telefonunuzun qəfil işığı yanırsa, öz-özünə hansısa əlavəni yükləyirsə, yaxud sönürsə, bu qəribə aktivlik də telefonunuzun dinlənilməsindən xəbər verir. Beşincisi, mobil telefonla danışdığınız zaman xışıltı, səs-küy müşahidə olunursa, əks-səda varsa, yaxud telefonla danışmadığınız halda belə sanki telefonda nəbz vurmanı xatırladan səs-küy eşidirsinizsə, bu da bir əlamətdir. Nəhayət, telefonunuzdan elektrik qurğularının (məsələn, televizor) yaxınlığında istifadə edirsinizsə və bu zaman danışığınızın eşidilməsinə, sizin danışdığınız şəxsin səsini eşitməkdə çətinlik müşahidə olunursa, deməli, telefonunuzun gövdəsinə izləmə qurğusu yerləşdirilib...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər