Xaçmazda barmaqlarını itirən əlil müavinəti ala bilmir (VİDEO)
4-10-2014, 07:40
Oxunub: 3 329
Xaçmaz şəhərində yaşayan Ələsgər kişi 6 ildi şikayət etməkdən az qalıb aşıq Ələsgərə dönsün
Xaçmaz sakini olan Ələsgər Dadaşovu bu bayram ərəfəsində bayram azuqəsindən çox müavinət qayğısı narahat edir. 67 yaşlı Ələsgər Dadaşov 3-cü qrup əmək əlilidir, Xaçmaz şəhərində yaşayan Ələsgər kişi 6 ildi şikayət etməkdən az qalıb aşıq Ələsgərə dönsün. Şikayətçi deyir ki, 1968-ci ildə Bakının Nəriman Nərimanov rayonundakı - 2 saylı təmir-tikinti idarəsində dülgər işləyərkən iş başında sol əlindən xəsarət alaraq 4 barmağını itirib. O, vaxtdan işlədiyi idarə ona aldığı iş xətasına görə ayda 43 manat müavinət ödəyib. Əmək yardımını sovetlər dağılana qədər - 1990-cı ilə qədər alıb. İllər boyu 6 əl barmağı ilə çətinliklə yaşayan müsahibim deyir ki, 2008-ci ildə ölkə rəhbərinin əmək əlillərinə müavinətlərin verilməsi barədə sərəncamını eşidəndə çox sevinib. Amma, dövlətin bu sosial yardımından illərdir yararlana bilmir.
67 yaşlı şikayətçi 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Tibb-Ekspert Komissiyasında əmək əlilliyinin tanındığını deyir. Amma Xaçmaz rayon sosial müdafiə mərkəzində onun uzun müddətli əsaslı şikayətini qulaqardına vurulur.
İllərdir işlədiyi idarə ləğv olunduğundan dövlətin xətti ilə ona çatacaq 38 manat əmək müavinətini ala bilməyən Xaçmaz sakininin şikayəti ilə bağlı rayon sosial müdafiə mərkəzinin mövqeyi nədir?
Sosial Müdafiə Mərkəzinin direktoru Ülkər Teyyubova deyir ki, Dadaşovun iş vaxtı zədə aldığı təşkilat hal-hazırda yoxdur, ləğv olunub: ”Yerində hündürmərtəbəli bina tikilib. Ona görə ki, biz araşdırmamız nəticəsiz olduğu üçün vətəndaşa müavinət təyin edə bilmədik”.
Ülkər Teyyubova əlavə etdi ki, şikayətçi Ələsgər Dadaşov əvvəllər işlədiyi tikinti təşkilatını tapmaq üçün keçmiş Nərimanov partiya komitəsi - indiki N.Nərimanov İcra Hakimiyyətinə müraciət etməlidir. Çünki, vaxtı ilə 2 saylı tikinti təşkilatı həmin qrupun nəzdində olub. Bu da rəsmi qurumun mövqeyi. ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər