BolgeXeber.Com » Gündəm » Bu günə olan astroloji proqnoz

Bu günə olan astroloji proqnoz

4-10-2014, 07:50
Oxunub: 1 803 QOÇ - Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız

Günün ikinci yarısı fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə maddi durumunuza müsbət təkan verəcək.
BUĞA - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Hirsli başla isə hansısa uğura çatmaq absurddur. Probleminizin həllini məmurlardan deyil, Tanrıdan istəyin.
ƏKİZLƏR - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün «ən varlı» zodiak işarəsi də siz olacaqsınız.
XƏRÇƏNG - Planetlərin bürcünüzdəki neqativ düzülüşü saat 12-yə qədər bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın.
ŞİR - Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə yenidən baxın. Mümkün qədər bütün neqativlikləri minimuma endirin. Əsəbi vaxtlarınızda dostlarınız arasında, təbiət qoynunda sakitləşməyə çalışın.
QIZ - Ətrafınızdakı gərginlikdən usanmayın. Çünki bu gün sizi narahat edən əksər sahələrdə — qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.
TƏRƏZİ - Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür. Ümumiyyətlə isə, fərdi fəaliyyətinizdə böyük dönüş baş qaldırmalıdır.
ƏQRƏB - Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. İş yerini dəyişmək fikrinə düşməyin. Axşam səhhətinizə fikir verin.
OXATAN - İxtiyarınıza olduqca məsuliyyətli bir vaxt düşüb. Gün boyu çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Proseslərə neytral şəkildə yaxınlaşmaqla uğurlarınızı yaxınlaşdıra bilərsiniz.
OĞLAQ - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki bu istiqamətdə uğurlarınız yaxınlaşmaqdadır. Hazırda əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.
SUTÖKƏN – Saat 13-ə qədərki vaxtı səbrlə başa vursanız, qalan saatlarda hansısa xoşagəlməzlik olmayacaq. Çünki ulduzlar şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Sizə sadəcə, əzmkarlığı artırmaq lazımdır.
BALIQLAR - Ulduzlar günboyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın, yalan vədlər verməyin.