4900 avroluq Vertu telefonu
5-10-2014, 09:00
Oxunub: 4 268
Vertu şirkəti dizaynına görə əvvəlki modellərdən xeyli fərqlənən və bu brend üçün ucuz qiymətə malik Aster smartfonunu buraxıb.
Yeni aparat əvvəlki Signature Touch modelindən ucuz olması ilə fərqlənir, amma qiyməti təxminən 1.5 dəfə ucuzdur və eyni zamanda texniki xarakteristikaları oxşardır. Aster modelində Full HD (1920x1080 nöqtə) təsvir ölçüsünə malik 4,7 düymlük ekran, 13 meqapiksellik əsas kamera, dördnüvəli Qualcomm prosessoru ilə təchiz edilib və Android 4.4 KitKat əməliyyat sistemi ilə işləyir.
Bizimyol.info ICTnews-a istinadən bildirir ki, yeni Aster smartfonu Vertu Certainty, Life və Concierge xidmətlərini dəstəkləyir. Life – bu, fərdi tədbir seçimidir. Certainty – müştərinin həyatının və telefonda məlumatların mühafizəsi üçün texnologiyalar dəstidir. Concierge – bu, telefon və ya elektron poçt üzrə, demək olar, istənilən sualla bağlı sutkalıq dəstək xidmətidir.
Vertu üçün ənənəvi olaraq aparatın korpusu titan və ilan dərisindən hazırlanıb, ekran isə möhkəmliyinə görə yalnız almazdan geri qalan sapfir şüşə ilə örtülüb. Səs sistemi Dolby Digital Plus tutumlu səslənmə texnologiyasını dəstəkləyir, kamera orta formatlı fotoaparatların istehsalçısı Hasselblad tərəfindən sertifikatlaşdırılıb.
Smartfon oktyabrda satışa çıxarılacaq. Qiyməti 4900 avro təşkil edəcək. Aster smartfonu altı rəngdə və yeddi işləmə variantında əlçatan olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər