Saytımız təhdid olundu
29-11-2011, 12:50
Oxunub: 6 475
Zabit Rəşid Kərimovun adından danışan şəxs əməkdaşlarımızı güllələyəcəyini deyib
Tərtərdə yerləşən N saylı hərbi hissənin əsgəri Anar Bəşirovun döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı cinayət işi qaldırılıb. Bu barədə Bölgexeber.com-a Hərbi Prokurorluqdakı mənbə məlumat verib.
Həmin məlumatda deyilir ki, Müdafiə Nazirliyinin tərkibindəki Birinci Təhqiqat İdarəsi əsgər Anar Bəşirova işgəncə verən və döyən zabitlər barəsində cinayət işi başladılıb və ilkin istintaq aparılır. Hərbi Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, MN-in Birinci Təhqiqat İdarəsinin apardığı araşdırmadan sonra cinayət işi onlara göndəriləcək.
Bu əsnada Bolgexeber.com-un əməkdaşları təhdidə məruz qalıblar. Belə ki, əsgər Anar Bəhirova işgəncələr verən zabit Rəşid Kərimovun adından danışan bir nəfər şəxs redaksiyamıza zəng edərək, bu xəbəri yaydığımız üçün təhdid edib. Dəstəyin o biri başındakı şəxs bildirib ki, məlumatı yaydığımıza görə o, redaksiya üzvlərini güllələyəcək.
Xatırladaq ki, baş vermiş hadisə ilə bağlı əsgər Anar Bəşirovun atası, Ağsu rayon sakini Hafiz Bəşirov redaksiyamıza məlumat verib. O bildirib ki, N saylı hərbi hissənin zabiti Rəşid Kərimov və daha bir zabit onun oğluna işgəncələr verərək, döyüblər. Belə ki, onlar əsgərin ağzına cib dəftərçəsini soxaraq, onu yandırıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər