BolgeXeber.Com » Gündəm » Bu günə olan astroloji proqnoz

Bu günə olan astroloji proqnoz

7-10-2014, 08:45
Oxunub: 2 110 QOÇ – Ulduzlara inansaq, indiki əziyyətləriniz vaxtında qarşınıza çıxan şanslardan yararlanmamağınızdan irəli gəlir

Amma bu “qara zolaq” nahardan sonra zəifləməyə başlayacaq, deməli, siz də güclənəcəksiniz.

BUĞA – Kosmik fon müvəffəqiyyət mərhələsinə qədəm qoymanızdan xəbər verir. Lakin boşluqlarınız da var. Bu baxımdan ilk növbədə ailə-sevgi məsələlərinə diqqət ayırmalı, qazancınızı boş məsrəflərə xərcləməməlisiniz.

ƏKİZLƏR – Qarşınızda sizə uğur gətirəcək bir təqvim durur. Bunun üçün öncə özünüzü mübahisəli situasiyalardan, risk və xəstəliklərdən qorumalı, həmçinin uzaq səfərləri də təxirə salmalısınız.

XƏRÇƏNG – Ulduzlar səhhətinizə fikir verməyi məsləhət görür. Uzaq səfərləri isə bacardığınız qədər təxirə salın. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir.

ŞİR – Riskli pul sövdələşmələrinə girişməsəniz, günün ümumi ovqatı sizi məmnun edəcək. Tərəddüd etdiyiniz məqamlarda təcrübəli insanların məsləhətlərinə baş vurun. Günortadan sonra səfərə çıxmaq olar.

QIZ – Gün ərzində üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Qeyri-ənənəvilikdən qaçın.

TƏRƏZİ – Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Üstəlik, bir az səmimi olun, dünyamızı, insanları daha çox sevin. Təxminən saat 16-dan sonra bir neçə önəmli hadisə ilə rastlaşacaqsınız. Yalan danışmayın.

ƏQRƏB – Ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Perspektivli sövdələşmələr, o cümlədən şəxsi büdcədə artım yolunuzu gözləyir.

OXATAN – Ümumi atmosferin müsbət axarına riayət edib yalnız savab işlər görməyə çalışın. Yaşca özünüzdən böyük insanların məsləhətinə qulaq asın, kiçiklərə isə qayğı göstərin. Yeni təkliflərə razılıq verin.

OĞLAQ – Dünənə baxıb bu günə şükr etməyi bacarın, mövcud durumunuzdan şikayətlənməyin. Çünki sizdə bütün xeyirlər düşüncənizin təhərinizdən asılıdır. Yüksək çinli məmurlarla əlaqələri dərinləşdirin.

SUTÖKƏN – Özünüzü tənha hiss etməklə sizə nicat olmayacaq. Yaxşısı budur, üzərinizə düşən öhdəlikləri dəqiqləşdirib, onun həlli yollarını tapasınız. Sevginizdə olan boşluqları doldurun ki, qəlbiniz rahat olsun.

BALIQLAR – Yaxşısı budur, adi işlərin həlli ilə məşğul olasınız. Onsuz da dünyanı nə tam şəkildə dərk edən, nə də ona bütünlüklə sülh gətirən olub. İmkan verməyin ki, həmkarlarınızla aranıza girənlər olsun.