“İmam Xomeyni” məscidinin axundu həbs edilib
29-11-2011, 12:55
Oxunub: 6 792
Vergidən yayınma ilə ittiham olunan Hacı Məsim Novruzov “İslam-azeri.az”ın baş redaktoru Ramin Bayramovun qayınatasıdır
Bülbülə qəsəbəsində yerləşən “İmam Xomeyni” məscidinin icma rəhbəri Hacı Məsim Novruzov həbs olunub. Suraxanı Rayon Məhkəməsindən verilən məlumata görə, o, vergidən yayınma ittihamı ilə saxlanıb.
İttihama görə, Məsim Dəmir oğlu Novruzov Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə təqsirləndirilib.
Birinci məhkəmə instansiyasının hökmündən apellyasiya şikayəti verilib. Apellyasiya Məhkəməsi hökmü dəyişdirib və 2 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Məsim Novruzov “Cəfəri” heyətinin rəhbəri Hacı Abgül Süleymanovun və “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun qayınatasıdır. Onlar Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinərək həbs ediliblər. Keçirilmiş baxışlar nəticəsində hər iki şəxsdən narkotik maddələr aşkarlanaraq götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər