Tağı Əhmədovdan sərnişinlərə sürpriz
29-11-2011, 13:20
Oxunub: 6 289
Metro stansiyalardakı terminallarda plastik kartlara 4 gedişdən artıq yükləmək olmur
Bakı Metropolitenindən istifadə edən sərnişinlər bu gün sürprizlə qarşılaşıblar. Bolgexeber.com-un verdiyi məlumata görə, metro stansiyalardakı terminallarda plastik kartlara 4-dən artıq gediş yükləmək olmur. Bu addımı atmağa metorpoliten rəhbərliyi göstəriş verib.
Belə ki, dekabrın 1-dən metroda gediş haqqının artacağı ilə bağlı məlumat sərnişinlərin metroya kütləvi axınına səbəb olub. Bu barədə Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədov açıqlamasında bildirib. “Mən neyləməliyəm ki, hamı eşidib ki, gedişhaqqı artır tökülüblər metroya. Biri 500, biri 300 gediş yükləyir. Aparatlar da xidməti çatdıra bilmir. Ömründə metroya minməyən indi gediş yükləyir. Bir sərnişin 15 dəqiqə aparatın qabağında gözləyir. Biz bunu sərnişinlərin yaxşılığına görə etmişik”.
Onun sözlərinə görə, aparatların qarşısında uzun növbələrin yaranmasının qarşısını almaq üçün bu addımı atıblar. Lakin karta artıq gediş yüklənməməsilə əlaqədar metronun bütün stansiyaların uzun növbələr yaranıb.
Metropoliteninin əməkdaşları isə bildiriblər ki, kartda qalan gediş haqları dekabrın 1-dən 20 qəpikdən hesablanmaqla karta yüklənəcək və indi gedişlərin kartda görünməməsindən vətəndaşlar narahat olmamalıdırlar.
Paytaxt sakinləri isə bu məslədən olduqca narazıdırlar. Bakı sakini 40 yaşlı Məmməd Əhmədov deyir ki, iş yoldaşları ilə metrodan rahat istifadə edə bilmir. “Biz 7 nəfərik. Həmişə işə birlikdə gedib-gəlirik. İndi məcburuq ki, oyun oynayaq. Karta gedişhaqqını 2 dəfə yükləyirik”.
Xatırladaq ki, dekabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər