Redaktor mətbuat konfransı keçirəcək
29-11-2011, 13:25
Oxunub: 6 669
Səməd İbadov: «Yasamal prokuroru qanunu bir kənara qoyub, özbaşınalıqla məşğuldur»
«Mənə qarşı Yasamal rayon Prokurorluğunda dələduzluq maddəsi ilə xeyli əvvəl qaldırılmış cinayət işinə xitam verilmir. Halbuki mən dələduzluqla məşğul olmamamışam. Sadəcə, bir neçə nəfərə borcum olub və onları da qəpiyəinə qədər ödəmişəm». Bunu «Araz Media» qəzetinin redaktoru Səməd İbadov Bolgexeber.com-a açıqlamasında deyib.
O açıqlamasında deyib ki, Yasamal rayon prokuroru Həsrət Pirməmmədov və Yasamal rayon Polis Şöbəsinin müstəntiqi Anar Dəmirçiyev bütün qanunları bir kənara qoyaraq, özbaşınalıqla məşğuldurlar və cinayət işini bağlamırlar. «Prokuror Həsrət Pirməmmədov şikayətçi olmadığı və mənim borcumu notarial qaydada müstəntiqin qarşısında borclu olduğum şəxslərə ödədiyim halda yenə də qaldırdığı cinayət işinə xitam vermək istəmir. Alan razı, verən razı, bunlara nə düşüb bilmirəm. Bu qədər haqsızlıq və ədalətsizlik olmaz».
Qəzet redaktoru bildirib ki, həftənin 4-cü günü RATİ-nin Mətbuat Mərkəzində başına gələnlər və Yasamalın prokuroru Həsrət Pirməmmədovun hərəkətləri ilə bağlı mətbuat konfransı keçirməyə hazırlaşır. «Həmin mətbuat konfransında başıma gələnləri bütünlüklə açıqlayacam. Və Yasamalın prokurorunun belə hərəkət etməsinə aydınlıq gətirməyə çalışacam».
Səməd İbadov həmkarlarına da müraciət edib: «Mən bütün həmkarlarımdan dəstək gözləyirəm. Bu haqsızlıq və qanunsuzluğun aradan qaldırılmasında onların yardımına ehtiyacım olduğunu düşünürəm. Hesab edirəm ki, bu cür məsələlərdə birlikdə hərəkət edərsək, qanunu pozanlar geri çəkilmiş olarlar».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər