BolgeXeber.Com » Gündəm » Ana Vətən Partiyası Şirvan şəhər təşkilatının ofisinin açılışı olmuşdur

Ana Vətən Partiyası Şirvan şəhər təşkilatının ofisinin açılışı olmuşdur

9-10-2014, 10:45
Oxunub: 3 668 Açılışda Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Şirvan şəhər təşkilatının sədri Telman Həsənəliyev və təşkilatın bir qrup fəalları iştirak etmişdir.
Tədbirdə çıxış edən Elçin Ağamalı ofisin açılışı münasibətilə Şirvan şəhər təşkilatının fəalllarını təbrik edərək onlara fəaliyyətində uğurlar arzulamışdır. Aparatın rəhbəri çıxışında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığin vəziyyəti haqqında danışaraq Ana Vətənçilərə bələdiyyə seçkiləri ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Tədbirin sonunda çıxış edən Şirvan şəhər təşkilatının sədri Telman Həsənəliyev və qocaman Ana Vətənçi Mayis Qaryev yaradılan şəraitə görə partiya rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə getdiyini qeyd etmişdir.
Bolgexeber.com