2011: 300 bədbəxt hadisə, 83 ölüm
30-11-2011, 11:30
Oxunub: 6 441
Azərbaycanda bu ilin 10 ayı ərzində iş yerlərində baş vermiş bədbəxt hadisələrin sayı əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
“APA-ECONOMICS”-in xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev bildirib. R. Tağıyev deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu say 73 hal artıb.
Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün Dövlət Əmək Müfəttişliyi sosial tərəfdaşlarla, yəni həmkarlar ittifaqları, sahibkarlar konfederasiyası ilə birgə tez-tez tədbirlər keçirir. R. Tağıyev qeyd edib ki, iş yerlərində bədbəxt hadisələrin sayının çoxluğu işə götürənlərin iş yerlərində əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik qaydaları yaradılması tədbirlərinə laqeyd münasibət göstərməsi nəticəsində baş verir.
Nazirlik rəsmisi bu ilin 10 ayı ərzində 300-ə qədər bədbəxt hadisə baş verdiyini, Nəticədə 83 nəfərin dünyasını dəyişdiyini bildirib: “Bu hallar ən çox tikinti və neft sektorunda baş verib. Təkcə 7 nəfər daş karxanasında ölüb. Karxanalarda fəhlələr kombayna düşüblər. Biz bir neçə daş karxanasında həmin kombaynların fəaliyyətini dayandırmışıq”.
R. Tağıyev iş yerlərində baş vermiş bədbəxt hadisələrlə bağlı prokurorluq orqanlarında da araşdırmalar aparıldığını, həbs tədbirlərinin görülməsini istisna etmədiyini qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər