Şəkər xəstəliyindən birdəfəlik xilas yolu axır ki, tapıldı - ŞAD XƏBƏR
11-10-2014, 13:00
Oxunub: 3 862
Harvard Universitetinin alimləri şəkərli diabetin müalicəsində əsl inqilab sayılacaq kəşfə imza atıblar
Onlar özü insulin yaradan hüceyrə köçürməyi öyrəniblər. Embrional lülə hüceyrələrindən istifadə edərək alimlər böyük miqdarda insulin yaradan insan hüceyrələri yarada biliblər. Bu hüceyrələr mədəaltı vəzin hüceyrələri ilə tamamilə identikdir. Belə hüceyrələrin transplantasiyası sayəsində birinci tip şəkər xəstələri gündəki insulin ineksiyasından azad olacaqlar. Ömrünün 23 ilini bu tədqiqata həsr edən professor Duq Melton deyib ki, tədqiqat sona çatmaq üzrədir: "Biz hazırda preklinik tədqiqatlar mərhələsindəyik, finişin bir addımlığında"
Meltonun kiçik oğlunda 23 il əvvəl birinci tip şəkərli diabet aşkarlandıqdan sonra bu tədqiqata başlamışdı.
Şəkərli diabet qanda şəkərin yüksək olmasıdır. Daha doğrusu şəkərli diabet bir xəstəlik olmayıb, xəstəliklər qrupudur. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi şəkərli diabetin təsnifatına uyğun olaraq, onun bir neçə növdən ibarət olduğunu qeyd edə bilərik. Şəkərli diabet, əsasən, I və II tip olur. Bundan əlavə diabetin digər nadir və spesifik növləri - genetik defektlə, mədəaltı vəzi ilə, bəzi endokrin xəstəliklərlə (hipofiz, böyrəküstü vəzi, qalxanvari vəzi), bəzi dərman preparatlarının qəbulu ilə əlaqədar müşahidə olunan növləri təsadüf edilir.
Diabetlə xəstələnmə göründüyündən daha çox təsadüf edilir. Hal-hazırda dünyada 150 milyondan çox qeydiyyatda olan şəkərli diabetli xəstə vardır.
Ekspertlərin rəyinə görə, ilkin mərhələsi nəzərə alınması şərti ilə aşkar olunmamış şəkərli diabet aşkar olunmuş diabetə nisbətən 2-3 dəfə daha çoxdur. İnkişaf etmiş ölkələrdə bu xəstəliklə xəstələnmə 4-5%, inkişafda olan ölkələrdə isə 10 % və daha çoxdur. Əlbəttə ki, bu insanların əksəriyyəti (90 %-dən çox) piylənmə ilə əlaqələndirilən II tip şəkərli diabetdir. Bəzən hətta şəkərli diabet epidemiyası haqqında da danışırlar.milli.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər